MAKRO 2000 Yapı İnşaat Anonim Şirketi »nin Azərbaycan Respublikasındakı Filialı “MEP üzrə mühəndis” vəzifəsi üzrə vakansiya elan edir:
Vəzifə öhdəlikləri
- Tikinti layihələri çərçivəsində MEP sistemlərinin (mexaniki, elektrik və santexnika) icrasına ümumi texniki nəzarətin təmin edilməsi;
- HVAC sistemləri üzrə optimal texniki həllərin işlənməsi və sahədə tətbiqinə nəzarət;
- Elektrik sistemlərinin layihələrinin təhlili, uyğunluğunun yoxlanılması və icra prosesinə nəzarət;
- Su təchizatı, kanalizasiya və drenaj sistemlərinin layihələndirilməsində iştirak və texniki dəstəyin göstərilməsi;
- Texniki çertyojların hazırlanması və mövcud layihələrin yenilənməsi (AutoCAD və s.)
- Memarlıq və digər mühəndislik bölmələri ilə sıx koordinasiya, uyğunsuzluqların aradan qaldırılması;
- Şantiyədə görülən işlərin layihə sənədlərinə uyğunluğunun yoxlanılması və nəzarəti;
- Podratçı və subpodratçıların iş prosesinin idarə olunması və performansının qiymətləndirilməsi;
- Texniki problemlərin operativ şəkildə müəyyən edilməsi və effektiv həll yollarının təqdim olunması;
- Layihə üzrə istifadə olunacaq material və avadanlıqların seçilməsi və təsdiqi;
- proqramına uyğun olaraq layihənin icra müddətinə nəzarət;
- Hesabatların, aktların və texniki sənədlərin hazırlanması;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
- Enerji səmərəliliyinin artırılması və sistemlərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
Tələblər:
- Mühəndislik sahəsi üzrə ali təhsil (mexanika, elektrik, energetika və ya əlaqəli ixtisaslar)
- MEP sistemləri üzrə (HVAC, elektrik və santexnika) minimum 3-5 il iş təcrübəsiv;
- Tikinti sahəsində (şantiye) real iş təcrübəsinin olması;
- Layihə sənədləri, texniki çertyojlar və spesifikasiyalarla işləmə bacarığı;
- AutoCAD proqramında sərbəst işləmə, digər mühəndislik proqramlarının biliyi üstünlükdür;
- Yerli və beynəlxalq standartlar (SNIP, NFPA, IEC və s.) haqqında bilik;
- Texniki problemləri analiz etmə və operativ qərarvermə qabiliyyəti;
- Podratçı və subpodratçılarla işləmə və koordinasiya təcrübəsi;
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma;
İş şərtləri və təminatlar:
- İş qrafiki: Həftədə 6 iş günü, şənbə günü qısaldılmış iş rejimi;
- Könüllü tibbi həyat sığortası;
- Korperativ mobil nömrə;
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir)
- İş yeri ünvanı - Bakı şəhəri Səməd Vurğun 43 World Business Center;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “MEP üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.