Sahə rəisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə rəisi

  • Deadline 23 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“MAKRO 2000 Yapı İnşaat Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı “Sahə rəisi” vəzifəsi üzrə vakansiya elan edir:  

İş yeri: Qarabağ (Ağdam)

Vəzifə öhdəlikləri:

  • Şantiyədə tikinti işlərinin gündəlik icrasına rəhbərlik etmək.
  • İşlərin layihə və texniki sənədlərə uyğun aparılmasına nəzarət etmək.
  • Sahə mühəndisləri, ustalar və fəhlələrin işini koordinasiya etmək.
  • Podratçı və subpodratçıların fəaliyyətinə nəzarət etmək.
  • İş qrafikinə uyğun olaraq işlərin vaxtında icrasını təmin etmək.
  • Görülən işlərin keyfiyyətinə və texniki normalara uyğunluğunu yoxlamaq.
  • Materialların düzgün istifadəsinə və itkilərin qarşısının alınmasına nəzarət etmək.
  • Texniki problemləri operativ şəkildə həll etmək.
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
  • Rəhbərliyə gündəlik/həftəlik hesabatlar təqdim etmək.

Tələblər:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi).
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi.
  • Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti.
  • Layihə oxuma və texniki sənədlərlə işləmə bacarığı.
  • (Microsoft Office, AutoCAD,) kimi proqram təminatları ilə işləmə bacarığı.
  • Əmək haqqı. (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • Yaş həddi 25-55

Təminatlar:

  • Könüllü tibbi sığorta.
  • Şirkət nömrəsi.

Şərtlər:

  • Qidalanma şirkət tərəfindən qarşılanır.
  • Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Sahə rəisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily101
  • Weekly568
  • Monthly2277