“MAKRO 2000 Yapı İnşaat Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı “Sahə rəisi” vəzifəsi üzrə vakansiya elan edir:
İş yeri: Qarabağ (Ağdam)
Vəzifə öhdəlikləri:
- Şantiyədə tikinti işlərinin gündəlik icrasına rəhbərlik etmək.
- İşlərin layihə və texniki sənədlərə uyğun aparılmasına nəzarət etmək.
- Sahə mühəndisləri, ustalar və fəhlələrin işini koordinasiya etmək.
- Podratçı və subpodratçıların fəaliyyətinə nəzarət etmək.
- İş qrafikinə uyğun olaraq işlərin vaxtında icrasını təmin etmək.
- Görülən işlərin keyfiyyətinə və texniki normalara uyğunluğunu yoxlamaq.
- Materialların düzgün istifadəsinə və itkilərin qarşısının alınmasına nəzarət etmək.
- Texniki problemləri operativ şəkildə həll etmək.
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Rəhbərliyə gündəlik/həftəlik hesabatlar təqdim etmək.
Tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil (bakalavr və ya magistr dərəcəsi).
- Sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Azərbaycan dilində əla yazmaq, oxumaq və fikrini ifadə etmək qabiliyyəti.
- Layihə oxuma və texniki sənədlərlə işləmə bacarığı.
- (Microsoft Office, AutoCAD,) kimi proqram təminatları ilə işləmə bacarığı.
- Əmək haqqı. (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- Yaş həddi 25-55
Təminatlar:
- Könüllü tibbi sığorta.
- Şirkət nömrəsi.
Şərtlər:
- Qidalanma şirkət tərəfindən qarşılanır.
- Qalmaq üçün yer şirkət tərəfindən qarşılanır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Sahə rəisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.