Vəzifə öhdəlikləri:
- İnşaat layihələrinin yerində topoqrafik ölçmələrinin aparılması, ərazinin üçölçülü xəritələrinin hazırlanması.
- Topoqrafik məlumatları toplayaraq, mühəndislər və layihə menecerləri üçün dəqiq hesabatlar hazırlamaq.
- Yüksəklik, məsafə və koordinat ölçmələri aparmaq və bu məlumatları dəqiq şəkildə qeydə almaq.
- İnşaat işlərinin düzgün və dəqiq yerinə yetirilməsi üçün müvafiq xəritə və planların hazırlanmasında iştirak etmək.
- Ərazi ölçmə işlərini müvafiq avadanlıqlar (Cihazlar, GPS sistemləri və digər müvafiq alətlər) ilə həyata keçirmək.
- Layihənin planına uyğun olaraq, yerindəki dəyişiklikləri və ölçmələri izləmək, nöqsanları təyin etmək və müvafiq düzəlişləri təmin etmək.
- Şirkət və müştəri tələbləri əsasında topoqrafik məlumatları hazırlayaraq texniki dəstək göstərmək.
- Layihənin ilkin mərhələsindən başlayaraq, son mərhələyə qədər layihə rəhbərlərinə və komandalara texniki məsləhətlər vermək.
Tələblər:
- Topoqrafiya və ya əlaqəli sahə üzrə ali təhsil (geodeziya, inşaat mühəndisliyi və ya bənzər sahələrdə).
- Topoqrafik ölçmələr aparmaq üçün ən azı 2-3 il iş təcrübəsi.
- Topoqrafik avadanlıqlar (total stansiya, GPS) və müvafiq proqram təminatları ilə işləmək bacarığı.
- Microsoft Office, AutoCAD, və digər müvafiq proqramlarla işləmək bacarığı.
İş şərtləri və təminatlar:
- İş qrafiki: Həftə içi 6 gün,
- Könüllü tibbi həyat sığortası.
- Korperativ mobil nömrə.
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir);
- İş yeri ünvanı - Bakı şəhəri Səməd Vurğun 43 World Business Center
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Topoqraf” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.