Ofis meneceri

  • Deadline 18 İyun 2026

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 203C, AZ1114, Nəsimi metrosunun yaxınlığı
  • İş qrafiki: 09:00–18:00, həftənin 5 günü

Əsas vəzifə öhdəlikləri

  • Ofisin gündəlik inzibati fəaliyyətinin təşkilinə dəstək göstərmək;
  • Qonaqların qarşılanması və düzgün istiqamətləndirilməsini təmin etmək;
  • Telefon zəngləri və daxil olan müraciətlərin cavablandırılması;
  • Görüşlərin təşkili, iclas otağının hazırlanması və ofisdaxili koordinasiyanın aparılması;
  • Rəhbərlik və əməkdaşlara gündəlik inzibati məsələlərdə dəstək göstərmək;
  • Gələn və gedən sənədlərin qeydiyyatı, yönləndirilməsi və arxivləşdirilməsi;
  • Ofis ləvazimatlarının, təsərrüfat və gündəlik istifadə vasitələrinin izlənilməsi;
  • Kuryer, poçt və çatdırılma işlərinin koordinasiyası;
  • Ofisdə səliqə-sahman və ümumi iş mühitinə nəzarət;
  • Daxili kommunikasiya və ofisdaxili təşkilati məsələlərin koordinasiyası;
  • Şirkətin daxili proqram təminatında müvafiq məlumatların işlənməsi;
  • Lazım olduqda sadə hesabatların, siyahıların və gündəlik iş qeydlərinin hazırlanması.

Tələblər

  • Ali təhsil;
  • Ofis meneceri, inzibati köməkçi, resepsion və ya oxşar vəzifədə iş təcrübəsi üstünlük hesab olunur;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Sənədlərlə işləmək və məlumatları düzgün qeyd etmək bacarığı;
  • Telefon danışıqları və işgüzar yazışma mədəniyyəti;
  • Daxili proqram təminatı ilə işləməyə hazır olmaq;
  • İngilis və rus dili biliyi üstünlük hesab olunur.

Fərdi keyfiyyətlər

  • Səliqəli, məsuliyyətli və diqqətli olmaq;
  • Ünsiyyətcil və nəzakətli davranış;
  • Təşkilatçılıq və koordinasiya bacarığı;
  • Tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
  • Komanda ilə işləmək bacarığı;
  • İş proseslərinə operativ yanaşmaq;
  • Yeni bilik və proqramları öyrənməyə açıq olmaq;
  • Konfidensial məlumatlara məsuliyyətlə yanaşmaq.

Namizədlər CV-lərini “Ofis meneceri” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily0
  • Weekly305
  • Monthly1688