İş şəraiti
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 203C, AZ1114, Nəsimi metrosunun yaxınlığı
- İş qrafiki: 09:00–18:00, həftənin 5 günü
Əsas vəzifə öhdəlikləri
- Ofisin gündəlik inzibati fəaliyyətinin təşkilinə dəstək göstərmək;
- Qonaqların qarşılanması və düzgün istiqamətləndirilməsini təmin etmək;
- Telefon zəngləri və daxil olan müraciətlərin cavablandırılması;
- Görüşlərin təşkili, iclas otağının hazırlanması və ofisdaxili koordinasiyanın aparılması;
- Rəhbərlik və əməkdaşlara gündəlik inzibati məsələlərdə dəstək göstərmək;
- Gələn və gedən sənədlərin qeydiyyatı, yönləndirilməsi və arxivləşdirilməsi;
- Ofis ləvazimatlarının, təsərrüfat və gündəlik istifadə vasitələrinin izlənilməsi;
- Kuryer, poçt və çatdırılma işlərinin koordinasiyası;
- Ofisdə səliqə-sahman və ümumi iş mühitinə nəzarət;
- Daxili kommunikasiya və ofisdaxili təşkilati məsələlərin koordinasiyası;
- Şirkətin daxili proqram təminatında müvafiq məlumatların işlənməsi;
- Lazım olduqda sadə hesabatların, siyahıların və gündəlik iş qeydlərinin hazırlanması.
Tələblər
- Ali təhsil;
- Ofis meneceri, inzibati köməkçi, resepsion və ya oxşar vəzifədə iş təcrübəsi üstünlük hesab olunur;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
- Sənədlərlə işləmək və məlumatları düzgün qeyd etmək bacarığı;
- Telefon danışıqları və işgüzar yazışma mədəniyyəti;
- Daxili proqram təminatı ilə işləməyə hazır olmaq;
- İngilis və rus dili biliyi üstünlük hesab olunur.
Fərdi keyfiyyətlər
- Səliqəli, məsuliyyətli və diqqətli olmaq;
- Ünsiyyətcil və nəzakətli davranış;
- Təşkilatçılıq və koordinasiya bacarığı;
- Tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
- Komanda ilə işləmək bacarığı;
- İş proseslərinə operativ yanaşmaq;
- Yeni bilik və proqramları öyrənməyə açıq olmaq;
- Konfidensial məlumatlara məsuliyyətlə yanaşmaq.
Namizədlər CV-lərini “Ofis meneceri” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.