Makromed MMC Makromed MMC
  • 713

Makromed MMC

Sənaye

HR və inzibati işlər üzrə menecer

  • Deadline 18 İyun 2026

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 203C, AZ1114, Nəsimi metrosunun yaxınlığı
  • İş qrafiki: 09:00–18:00, həftənin 5 günü
  • Əmək haqqı: 1000–1500 AZN
  • İşə başlama tarixi: 21 iyun 2026

Əsas vəzifə öhdəlikləri

  • İnsan resurslarının planlaşdırılması və təşkilati inkişaf üzrə işlərin icrası;
  • İşə qəbul prosesinin təşkili, vakansiyaların yerləşdirilməsi və namizədlərlə ilkin əlaqənin qurulması;
  • Yeni əməkdaşların adaptasiya prosesinin təşkili;
  • Əməkdaşların şəxsi işlərinin, əmək müqavilələrinin və digər HR sənədlərinin düzgün aparılması;
  • Davamiyyət, məzuniyyət, daxili intizam və ofisdaxili qaydalarla bağlı proseslərin izlənilməsi;
  • Xidməti fəaliyyətin qiymətləndirilməsi prosesinin icrası və nəticələrin sistemləşdirilməsi;
  • Təlim ehtiyaclarının müəyyənləşdirilməsi və təlimlərin təşkili;
  • Qeyri-maddi motivasiya və əməkdaş loyallığının artırılması üzrə tədbirlərin təşkili;
  • Bonus və mükafatlandırma sisteminin qurulmasına və idarə edilməsinə dəstək;
  • Şirkətin daxili proqram təminatında HR və inzibati məlumatların işlənməsi;
  • Fəaliyyət sahəsi üzrə hesabatlıq sisteminin aparılması;
  • Əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsinə dəstək;
  • Görüşlərin təşkili və ofisdaxili kommunikasiya proseslərinə nəzarət;
  • Sahə üzrə sənədlərin arxivləşdirilməsi.

Tələblər

  • Ali təhsil;
  • İqtisadiyyat, idarəetmə, insan resursları, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür;
  • HR, inzibati işlər, ofis menecmenti və ya əlaqəli sahədə təcrübə arzuolunandır;
  • Ən azı 3 il iş təcrübəsi üstünlük hesab olunur;
  • Əczaçılıq, tibb, konsaltinq və ya beynəlxalq şirkət mühitində təcrübə əlavə üstünlükdür;
  • MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Elektron sənəd dövriyyəsi və daxili proqram təminatı ilə işləməyə hazırlıq;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə əsas biliklər;
  • Rus dili yaxşı səviyyədə;
  • İngilis dili biliyi üstünlük hesab olunur.

Fərdi keyfiyyətlər

  • Məsuliyyətli, dəqiq və sistemli işləmək bacarığı;
  • Korporativ ünsiyyət qurmaq və davam etdirmək bacarığı;
  • Təşkilatçılıq və koordinasiya bacarığı;
  • Konfidensial məlumatlarla işləmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • İş proseslərinə operativ və məsuliyyətli yanaşma;
  • Yeni bilik və proqramları öyrənməyə açıq olmaq.

Şirkət tərəfindən təklif olunur

  • Stabil və peşəkar iş mühiti;
  • Əczaçılıq və səhiyyə sahəsində inkişaf imkanı;
  • Daxili proqram təminatı ilə işləmək üzrə praktiki təlim;
  • Beynəlxalq layihələrdə iştirak imkanı;
  • Peşəkar komandada təcrübə və inkişaf perspektivi.

Namizədlər CV-lərini “HR və inzibati işlər üzrə menecer” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər:

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily5
  • Weekly165
  • Monthly1550