Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq və mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil və icra etmək;
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi və icrasına nəzarət;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
- Rəsmi hesabatların (Mərkəzi Bank, Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması;
- Elektron Qaimə Faktrura, Hesab Fakturalarının tərtib edilməsi və göndərilməsi;
- Dövlət orqanları ilə gündəlik yazışmalar. Muhasibatlıq sahəsində kargüzarlığa daxil olan məktubların operativ cavablandırılması;
- Daxil olan e-qaimələrin yoxlanılması üçün maila göndərilməsi və təsdiq edilməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Əsas vəsaitlər üzrə amortizasiya hesablanması;
- Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
- Ay sonu maliyyə hesabatlarının hazırlanması (Balans Sheet, P&L, Cashflow);
- Rəhbərliyə gündəlik hesabatların təqdim edilməsi:
- Pul vəsaitlərinin qalıqları, Debitor Kreditor borcları qalıqları, Büdcə, Bank və s.
- Vəzifə səlahiyyətləri çərçivəsində birbaşa rəhbərinin digər tapşırıqlarının və Şirkətin İdarə Heyətinin qərarlarının və tapşırıqlarının icra etmək.
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
- Şirkətin maraqlarını əsas tutaraq, şirkətin maliyyə vəziyyətinin səviyyəsinin aşağı düşməsinə səbəb olacaq amillər barədə rəhbərliyi məlumatlandırmalı və həlli barədə məsləhətlər verməli;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlamaq;
- Şirkətlə bağlanan Müqavilələrin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarəti;
- Aylıq əmək haqqını hesablamaq;
- Kassa uçotuna nəzarət etmək.
Tələblər:
- Ali təhsil və müvafiq ixtisas üzrə minimum 5 illik təcrübə;
- Kompüter bilikləri: 1C, MS Office
- PMS, ACCA (F3, F7) sertifikatları
- Azərbaycan dillərində həm şifahi, həm də yazılı şəkildə mükəmməl danışıq (digər dil bilikləri arzuolunandır);
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
- Səlis və aydın nitq qabiliyyəti;
İş rejimi:
- İş günləri – həftənin 6 günü
- İş qrafiki – Bazar ertəsi-Cümə 09:30 – 18:30, Şənbə 10:00 – 18:00
- Nahar vaxtı – 13:00 – 14:00
- Əmək haqqı - Müsahibə zamanı təcrübə və bacarıqlarına görə müəyyən ediləcək
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.