Əsas vəzifə öhdəlikləri:
- Tikinti sahəsində gündəlik işlərin planlaşdırılması, təşkili və nəzarəti
- Layihə-smeta sənədlərinə uyğun olaraq işlərin icrasının təmin edilməsi
- Sahədə çalışan işçi heyətinin idarə olunması və koordinasiyası
- Podratçı və subpodratçı təşkilatlarla işlərin əlaqələndirilməsi
- Tikinti işlərinin keyfiyyətinə və texniki standartlara uyğunluğuna nəzarət
- İş qrafiklərinə riayət olunmasını təmin etmək və gecikmələrin qarşısını almaq
- Materialların düzgün istifadəsinə nəzarət
- Texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
- Görülmüş işlər barədə rəhbərliyə gündəlik və həftəlik məlumatların verilməsi
- Layihə rəhbəri və mühəndis heyəti ilə sıx əməkdaşlıq
- Sahədə yaranan texniki problemlərin operativ şəkildə həll edilməsi
- Forma 2 və Forma 3 sənədlərinin hazırlanması, yoxlanılması və təsdiq proseslərində aktiv iştirak
- Tikinti norma və qaydalarına uyğunluğun təmin edilməsi
Namizədə tələblər:
- İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil
- Tikinti sahəsində minimum 5+ il iş təcrübəsi (sahə rəisi və ya oxşar vəzifələr üstünlükdür)
- Layihə oxuma və texniki sənədlərlə işləmə bacarığı
- Tikinti texnologiyaları və materialları üzrə dərin biliklər
- İşçi heyətini effektiv idarəetmə və liderlik bacarıqları
- Problem həll etmə və operativ qərarvermə qabiliyyəti
- MS Office və mühəndis proqramlarında (AutoCAD və s.) işləmə bacarığı
- Tikinti təhlükəsizliyi qaydaları üzrə bilik və təcrübə
- Yüksək məsuliyyətlilik, dəqiqlik və intizam
İş şərtləri:
- 6 günlük iş rejimi
- Korporativ mobil nömrə və danışıq paketi
- Dəstəkçi və əməkdaşlığa açıq komanda mühiti
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən olunur
Təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı (təcrübəyə əsasən)
- Peşəkar və inkişaf yönümlü iş mühiti
- Böyük və maraqlı layihələrdə iştirak imkanı
- Karyera yüksəlişi perspektivi
- Stabil və uzunmüddətli əməkdaşlıq
Uyğun namizədlər CV-lərini “Sahə rəisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.