Sahə rəisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sahə rəisi

  • Deadline 20 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri:

  • Tikinti sahəsində gündəlik işlərin planlaşdırılması, təşkili və nəzarəti
  • Layihə-smeta sənədlərinə uyğun olaraq işlərin icrasının təmin edilməsi
  • Sahədə çalışan işçi heyətinin idarə olunması və koordinasiyası
  • Podratçı və subpodratçı təşkilatlarla işlərin əlaqələndirilməsi
  • Tikinti işlərinin keyfiyyətinə və texniki standartlara uyğunluğuna nəzarət
  • İş qrafiklərinə riayət olunmasını təmin etmək və gecikmələrin qarşısını almaq
  • Materialların düzgün istifadəsinə nəzarət
  • Texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
  • Görülmüş işlər barədə rəhbərliyə gündəlik və həftəlik məlumatların verilməsi
  • Layihə rəhbəri və mühəndis heyəti ilə sıx əməkdaşlıq
  • Sahədə yaranan texniki problemlərin operativ şəkildə həll edilməsi
  • Forma 2 və Forma 3 sənədlərinin hazırlanması, yoxlanılması və təsdiq proseslərində aktiv iştirak
  • Tikinti norma və qaydalarına  uyğunluğun təmin edilməsi

Namizədə tələblər:

  • İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil
  • Tikinti sahəsində minimum 5+ il iş təcrübəsi (sahə rəisi və ya oxşar vəzifələr üstünlükdür)
  • Layihə oxuma və texniki sənədlərlə işləmə bacarığı
  • Tikinti texnologiyaları və materialları üzrə dərin biliklər
  • İşçi heyətini effektiv idarəetmə və liderlik bacarıqları
  • Problem həll etmə və operativ qərarvermə qabiliyyəti
  • MS Office və mühəndis proqramlarında (AutoCAD və s.) işləmə bacarığı
  • Tikinti təhlükəsizliyi qaydaları üzrə bilik və təcrübə
  • Yüksək məsuliyyətlilik, dəqiqlik və intizam

İş şərtləri:

  • 6 günlük iş rejimi
  • Korporativ mobil nömrə və danışıq paketi
  • Dəstəkçi və əməkdaşlığa açıq komanda mühiti
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən olunur

Təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı (təcrübəyə əsasən)
  • Peşəkar və inkişaf yönümlü iş mühiti
  • Böyük və maraqlı layihələrdə iştirak imkanı
  • Karyera yüksəlişi perspektivi
  • Stabil və uzunmüddətli əməkdaşlıq

Uyğun namizədlər CV-lərini “Sahə rəisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily114
  • Weekly359
  • Monthly2068