İş barədə məlumat:
- Mağazaların daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı əməliyyatlara nəzarət etmək;
- Xidməti tapşırıqların vaxtında icrasının təmin olunması.
- Mağazalar üzrə satış hesabatlarını gündəlik, həftəlik və aylıq olaraq təqdim etmək;
- Mağaza heyəti tərəfindən korporativ xidmət standartlarının icra olunmasına, gündəlik iş proseslərinə və mağazanın ümumi fəaliyyətinə tam nəzarəti həyata keçirmək.
- Satışın artırılması, satış proseslərinin təkmilləşdirilməsi və rəhbəri olduğu mağazanın inkişafı üçün təkliflər hazırlamaq və tabe olduğu şöbə müdirinə təqdim etmək.
- Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək.
- Verilən qrafik və prioritet əsasında layihələri planlaşdırılması, tərəfdaşlarla ilkin ünsiyyət qurmaq və bu prosesin koordinasiya edilməsi
- Yeni imkanların təhlil edilməsi, layihələrə dair iqtisadi və bazar araşdırmasının aparılması.
- Şirkətin mövcud biznesinin dəstək olunması və effektiv işgüzar ünsiyyəti saxlanılmasının təmin edilməsi.
- Mağazaların yeni və effektiv çeşidlərlə təmin olunması
- Mağaza əməkdaşlarının daxili nizam-intizam qaydalarına riayət etməsinə nəzarət etmək
Tələblər:
- Kreativlik, analitik bacarıq
- Aktiv və çalışqan
- Məqsədyönlü və işinə məsuliyyətli yanaşan
- Kollektivlə işləmə bacarığı
- Satış siyasətinin hazırlanması
- Komanda rəhbərliyi
- Motivasiya etmə və problem həll etmə bacarığı
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı razılaşdırılacaqdır.
Namizədlər öz CV formalarını elektron poçt ünvanına və ya 0102251245 nömrəsinə göndərə bilər.