Marina Village MTK Marina Village MTK
  • 458

Marina Village MTK

Əmlakın idarəedilməsi

Satış meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış meneceri

  • Deadline 19 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Mövcud və potensial müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq, layihələr haqqında ətraflı və dəqiq məlumat vermək;
  • Müştəri suallarını əsaslandırılmış və dolğun şəkildə cavablandırmaq, mənzillərin keyfiyyəti və fərqləndirici xüsusiyyətləri barədə məlumatlandırmaq;
  • Təyin olunmuş satış hədəflərinə çatmaq üçün şirkətin strategiyasına uyğun çalışmaq;
  • Satışı stimullaşdırmaq və inkişaf etdirmək üçün yeni təkliflər irəli sürmək;
  • Müştəri bazasını genişləndirmək, yeni müştərilərin cəlb edilməsi üçün innovativ yanaşmalar tətbiq etmək;
  • Satış sonrası xidmətlərin keyfiyyətinə nəzarət etməklə müştəri məmnuniyyətini təmin etmək.

Namizədə tələblər:

  • Ali təhsil ;
  • Müvafiq sahədə iş təcrübəsi (Daşınmaz əmlak satışı üzrə təcrübə üstünlükdür);
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dili,  ingilis dillərini mükəmməl bilmək arzu olunandır.
  • Komandada işləmək və müstəqil qərar vermək bacarığı;
  • Aktiv, məsuliyyətli və satış yönümlü olmaq.

İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu

Əməkhaqqı: Müsahibə zamanı təyin olunacaq

Xanım namizədlərə üstünlük veriləcək.

Namizədlərdən şəkilli CV-lərini “Satış meneceri” mövzusu ilə [email protected] və [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahə ibəyə dəvət olunacaqlar.

  • Daily125
  • Weekly360
  • Monthly934