Vəzifə öhdəlikləri:
- Mövcud və potensial müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq, layihələr haqqında ətraflı və dəqiq məlumat vermək;
- Müştəri suallarını əsaslandırılmış və dolğun şəkildə cavablandırmaq, mənzillərin keyfiyyəti və fərqləndirici xüsusiyyətləri barədə məlumatlandırmaq;
- Təyin olunmuş satış hədəflərinə çatmaq üçün şirkətin strategiyasına uyğun çalışmaq;
- Satışı stimullaşdırmaq və inkişaf etdirmək üçün yeni təkliflər irəli sürmək;
- Müştəri bazasını genişləndirmək, yeni müştərilərin cəlb edilməsi üçün innovativ yanaşmalar tətbiq etmək;
- Satış sonrası xidmətlərin keyfiyyətinə nəzarət etməklə müştəri məmnuniyyətini təmin etmək.
Namizədə tələblər:
- Ali təhsil ;
- Müvafiq sahədə iş təcrübəsi (Daşınmaz əmlak satışı üzrə təcrübə üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dili, ingilis dillərini mükəmməl bilmək arzu olunandır.
- Komandada işləmək və müstəqil qərar vermək bacarığı;
- Aktiv, məsuliyyətli və satış yönümlü olmaq.
İş yeri: Müasir ofis – Sabah Residence Kompleksi, Bakı şəhəri, Səbail rayonu
Əməkhaqqı: Müsahibə zamanı təyin olunacaq
Xanım namizədlərə üstünlük veriləcək.
Namizədlərdən şəkilli CV-lərini “Satış meneceri” mövzusu ilə [email protected] və [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahə ibəyə dəvət olunacaqlar.