Vəzifə öhdəlikləri:
- Radionaviqasiya, rabitə və elektrik avadanlıqlarının işinin təşkili üzrə mühəndisin tələblərini yerinə yetirmək
- Elektrik kabel və naqillərinin vəziyyətinin yoxlanılmasını, radionaviqasiya avadanlıqlarının və rabitə vasitələrinin sınaqlarını həyata keçirmək
- Radionaviqasiya avadanlıqlarına müntəzəm və əlavə texniki qulluq göstərmək
- Sabit avadanlıqların texniki vəziyyətinə nəzarət etmək, qurğu və təmir, radio cihazları və rabitə xidmətlərini yerinə yetirmək
- Əmək və nizam-intizam qaydalarına riayət etmək
Namizədə dair tələblər:
- Elektrik sahəsi üzrə texnikum və ya ali təhsil
- Elektrik sistemlərini və layihələrini sərbəst oxuma bacarığı
- Dil bilikləri : Azərbaycan dili – səlis, Rus dili – orta , İngilis dili – orta
- Müvafiq sahə üzrə minumum iki il iş təcrübəsi
- Yaş həddi 21-35 arzuolunandır
Digər qeydlər:
- İş saatı 08:00-17:00 (I-V günlər)
- Nahar yeməyi şirkət tərəfindən təmin olunur
- Ünvan Bakı şəhəri, N.Nərimanov rayonu
Əmək haqqı namizədin qvalifikasiyaları əsasında müsahibə zamanı razılaşdırılacaqdır.
Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini email-ə təqdim edə bilərlər (Movzu hissəsində Radionaviqasiya üzrə quraşdırıcı yazmağınız xahiş olunur).