Vəzifə öhdəlikləri:
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) qüvvədə olan qanunvericiliyə uyğun hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək;
- Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim etmək;
- Əmək haqqı, ezamiyyə və son haqq-hesab ödənişlərinin düzgün hesablanmasını və mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə nəzarət etmək;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
Namizədə tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə);
- Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsi, mühasibat uçotu üzrə biliklər;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
- PMS sertifikatı ;
- Minimum 3 il baş mühasib kimi iş təcrübə;
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı ;
- Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
- İdarəetmə və təşkilatçılıq bacarıqları.
İş şəraiti:
- İş yeri : Bakı şəhəri. Səbail rayonu, Salyan şossesi 12
- İş qrafiki: 5 gün (08:00-17:00 )
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.