Marine Technical Solutions Marine Technical Solutions
  • 320

Marine Technical Solutions

Sənaye

Baş Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş Mühasib

  • Истекает 3 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) qüvvədə olan qanunvericiliyə uyğun hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək;
  • Aylıq, rüblük və illik ƏDV, Mənfəət Vergisi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim etmək;
  • Əmək haqqı, ezamiyyə və son haqq-hesab ödənişlərinin düzgün hesablanmasını və mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə nəzarət etmək;
  • Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;

Namizədə tələblər:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə);
  • Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsi, mühasibat uçotu üzrə biliklər;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • PMS sertifikatı ;
  • Minimum 3 il baş mühasib kimi iş təcrübə;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
  • 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı ;
  • Riyazi hesablama və analitik təhlil qabiliyyəti;
  • İdarəetmə və təşkilatçılıq bacarıqları.

İş şəraiti:

  • İş yeri : Bakı şəhəri. Səbail rayonu, Salyan şossesi 12
  • İş qrafiki: 5 gün  (08:00-17:00 ) 
  • Nahar  və  servis şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

  • Daily105
  • Weekly242
  • Monthly245