M Marine Technical Solutions QSC
  • 671

Marine Technical Solutions QSC

Layihələrin idarə edilməsi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihələrin idarə edilməsi

  • Deadline 10 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Layihə büdcəsinin qiymətləndirilməsi və hazırlanması;
  • Layihənin hər mərhələsində layihə qrupuna rəhbərlik etmək;
  • Layihə resurslarının (komanda və maddi resurslar) müəyyənləşdirilməsi;
  • Layihə tələblərinin müəyyən edilməsi, razılaşdırılması və layihənin başladılması;
  • Layihə planlarının hazırlanması, idarə edilməsi, risklərin müəyyənləşdirilməsi, aradan qaldırılması və icraya nəzarət; Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi;
  • Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması;
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Tender prosesi zamanı şirkətin təmsil olunması
  • İcrada olan layihələr üzrə hesabatlılığın təmin edilməsi;
  • Layihələrin təhvil-təslim prosedurlarının hazırlanması və sənədləşdirilərək yekunlaşdırılması;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Layihələrə aid sənədlərinin tərtib olunması;
  • Tender təkliflərin dəyərləndirməsində iştirak etmək və yekun dəyərləndirmə nəticələrini rəhbərliyə təqdim etmək;
  • Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı;
  • Bazar araşdırması etməyi bacarmalı.

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə minimum 3 ildən artıq iş təcrübəsi 
  • Azərbaycan , İngilis və Rus dilində sərbəst nitq və yazı bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;

İş şərtləri:

  • Əmək haqqı 1500-1800
  • İş qrafiki: Həftə içi 5 gün, 08:00-17:00
  • İş yeri: Bakı şəh, Səbaril rayonu, Salyan şosesi 12
  • Nahar və servis şirkət tərəfindən qarşılanır.

Biz nə təklif edirik?

  • Rahat və səmimi iş mühiti;
  • Artan əmək haqqı;
  • Peşəkar inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Layihələrin idarə olunması üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly168
  • Monthly783