Satış nümayəndəsi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış nümayəndəsi

  • Deadline 29 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimizə qida və qeyri-qida məhsullarının satışını həyata keçirmək üçün Satış Nümayəndəsi axtarılır!

İş şəraiti

  • İş yeri: Ulduz metrosu ərazisi
  • İş qrafiki: 09:00–18:00
  • Əmək haqqı: 500–2500 AZN

Əlavə üstünlüklər: Yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır. Hədəflərin yerinə yetirilməsinə və əlavə tapşırıqlara görə bonuslar mövcuddur.

Vəzifə öhdəlikləri

  • Müəyyən edilmiş satış hədəflərini yerinə yetirmək;
  • Təyin olunmuş marşrut üzrə müştəri ziyarətlərini həyata keçirmək və məhsulların satışını təşkil etmək;
  • Mövcud müştərilərlə əlaqələri qorumaq, yeni müştərilər cəlb etmək və işgüzar münasibətlər qurmaq;
  • Satış nöqtələrində məhsulların təqdimatını və düzgün yerləşdirilməsini təmin etmək;
  • Satış nöqtələrində məhsul çeşidinin tamlığını və mövcudluğunu nəzarətdə saxlamaq;
  • Çatdırılma və ödəniş proseslərini izləmək;
  • Yeni məhsullar və layihələr haqqında müştəriləri məlumatlandırmaq;
  • Gündəlik satış nəticələri barədə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Marketinq və satış tədbirlərində iştirak etmək.

Namizədə tələblər

  • Şəxsi avtomobilin olması mütləqdir;
  • Ünsiyyət qurmaq və müştərilərlə işləmək bacarığı;
  • Məsuliyyətli, aktiv və nəticəyönümlü olmaq;
  • Satış sahəsində təcrübə arzuolunandır.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər.

Əlaqə: 077 177 17 47

Komandamıza qoşulun və qazancınızı satış nəticələrinizlə artırın!

  • Daily2
  • Weekly535
  • Monthly2504