Layihələr üzrə kiçik mütəxəssis

  • Истекает 18 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Marker komandasına müştərilərlə ünsiyyəti və layihələrin gündəlik idarə olunmasını həyata keçirəcək, məsuliyyətli və təşkilatçılıq bacarığı güclü Layihələr üzrə kiçik mütəxəssis axtarırıq.

Əsas vəzifələr

  • Müştərilərlə mütəmadi əlaqə saxlamaq, onların ehtiyac və gözləntilərini dəqiqləşdirmək, tapşırıqları komandaya düzgün ötürmək.
  • Layihələrin iş planını hazırlamaq, gündəlik icranı koordinasiya etmək və razılaşdırılmış müddətlərə nəzarət etmək.
  • Komanda üzvləri, təchizatçılar və digər tərəfdaşlarla iş prosesini əlaqələndirmək.
  • Müştərilər üçün təklif və təqdimatların hazırlanmasında iştirak etmək.
  • Excel-də layihələr üzrə cədvəllər, iş planları və hesabatlar hazırlamaq, məlumatları aktual saxlamaq.
  • Müştəriləri layihənin gedişatı barədə məlumatlandırmaq, rəy və dəyişiklik istəklərini izləmək.
  • Ehtiyac yarandıqda tədbir və layihələrin yerində icrasına dəstək göstərmək.

Namizəddən gözləntilərimiz

  • Microsoft Excel üzrə yaxşı biliklər: cədvəllər, əsas formullar, məlumatların çeşidlənməsi və hesabatların hazırlanması ilə sərbəst işləmək.
  • Microsoft PowerPoint üzrə yaxşı biliklər: səliqəli, aydın və vizual baxımdan düzgün təqdimatlar hazırlamaq.
  • İngilis dilində şifahi və yazılı ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür.
  • Azərbaycan dilində səlis və düzgün işgüzar ünsiyyət.
  • Planlaşdırma, vaxtın idarə edilməsi və eyni vaxtda bir neçə tapşırıqla işləmək bacarığı.
  • Detallara diqqət, məsuliyyət, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı.
  • Müştərilərlə ünsiyyətdə nəzakətli, çevik və həll yönümlü yanaşma.

Layihələrin koordinasiyası, müştəri xidməti və ya tədbirlərin təşkili sahəsində əvvəlki təcrübə üstünlük hesab olunur.

İşin xüsusiyyəti

  • İşlə əlaqədar ölkədaxili ezamiyyətlər ola bilər. Namizədin ezamiyyətlərdə və layihələrin yerində icrasında iştirak etməyə hazır olması gözlənilir.

CV-nizi mövzu hissəsində “Layihələr üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Hazırladığınız təqdimat və ya layihə nümunələri varsa, müraciətinizə əlavə edə bilərsiniz.

  • Daily114
  • Weekly543
  • Monthly1471