Vəzifə öhdəlikləri:
- Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartlarına uyğun uçotunun təmin edilməsi;
- Aylıq və illik istehsalat nəticələrinin analizinin həyata keçirilməsi, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi
- Satış əməliyyatlarına nəzarət, aylıq əməliyyatların yoxlanılması, satışa uyğun uçot üzrə hesabatların hazırlanması və onların analiz edilməsi
- Aylıq əməliyyatların yoxlanılması və ay bağlanışına hazır vəziyyətə gətirilməsi.
- Daxili və xarici Audit sorğularının cavablandırılması, edilmiş bütün sorğuların qeydiyyatının və cavablandırılmasının təmin edilməsi
Tələb:
- Ali təhsil (Maliyyə/mühasibatlıq üzrə)
- Sahə üzrə minimum 5 il iş təcrübəsi
- Azərbaycan dili səlis, İngilis dili və Rus dili arzuolunandır
- MS Office proqramlarında (xüsusilə Excel) və ERP sistemlərində (xüsusilə Mikro və 1C) yüksək səviyyədə işləmək bacarığı
Əlavə tələb:
- Minimum ACCA F3, F7 olması üstünlükdür
- Məsuliyyətli olmaq
- Diqqətli olmaq
- Komandada işləmə bacarığı
- Analitik yönümlü olmaq
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Ə/h namizədin təcrübə və biliklərinə əsasən müəyyən ediləcək
- İş yeri: Bakı, Yasamal rayonu, H.Cavid pr.91
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Baş mütəxəssis - Mühasibatlıq” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.