Təsvir
- Aylıq, rüblük və illik maliyyə və büdcə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Büdcə icrasına dair faktiki göstəriciləri plan göstəriciləri ilə müqayisə etmək və aşkar olunmuş kənarlaşmaları təhlil etmək;
- Mühasibat uçotu məlumatları əsasında analitik hesabatlar tərtib etmək;
- İllik büdcə layihəsinin hazırlanmasında iştirak etmək, struktur bölmələrdən daxil olan büdcə təkliflərini toplamaq və təhlil etmək;
- Daxili və xarici audit prosesləri zamanı zəruri məlumatları təqdim etmək və yoxlamalar nəticəsində müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılmasında iştirak etmək.
Tələblər
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisası üzrə bakalavr təhsilinə malik olmaq;
- ACCA, CPA, CIMA və ya digər beynəlxalq peşəkar maliyyə və mühasibatlıq sertifikatlarına malik olmaq üstünlükdür. ACCA üzrə minimum F2 və F3 imtahanlarının uğurla tamamlanması tələb olunur.
- Maliyyə, hesabatlılıq və büdcə analizi sahəsində minimum 2 il peşəkar iş təcrübəsi
- Beynəlxalq audit xidmətləri göstərən aparıcı şirkətlərdə (Big4) iş təcrübəsinə malik namizədlərə üstünlük verilir
- Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel-də yüksək səviyyədə işləmək bacarığına, eləcə də mühasibat proqramları ilə iş təcrübəsinə malik olmaq;
- Azərbaycan və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığına malik olmaq (rus dili biliyi üstünlükdür).
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.