Vəzifə öhdəlikləri:
- SQL və digər vasitələrlə məlumat bazalarından informasiya çıxarmaq və təhlil etmək;
- Məlumatların vizuallaşdırılması və analizi üçün Power BI alətindən istifadə etməklə hesabatlar hazırlamaq;
- Tətbiq olunmuş analitik modellərin performansını izləmək və ehtiyac olduqda optimallaşdırmaq;
- Daxili və xarici tərəflər üçün interaktiv və məqsədyönlü analitik hesabatlar təqdim etmək;
- Rəhbərlik tərəfindən müəyyən olunmuş digər funksional vəzifələri yerinə yetirmək.
Tələb:
- Ali təhsil (riyaziyyat, kompüter elmləri, statistika, iqtisadiyyat üzrə)
- Analitik kimi minimum 2 il təcrübə
- Azərbaycan dili - mükəmməl, İngilis dili – yaxşı səviyyədə, Rus dili - arzuolunandır
- Yüksək səviyyədə MS Excel və Power BI bilikləri, Python və SQL biliyi arzuolunandır
Əlavə tələblər:
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Təqdimat bacarığı
- Power Query və DAX üzrə praktiki təcrübə
İş rejimi:
- İş yeri – Bakı şəh., Yasamal ray., Hüseyn Cavid pr.91
- İş günləri – həftənin 5 günü
Əlavə məlumatlar:
- Könüllü tibbi sığorta
- Peşəkar təlimçilər tərəfindən təlimlər
- Korporativ nömrə
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Data analitik” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.