Təsvir
- Şirkətin biznes məqsədlərinə uyğun ERP strategiyasını hazırlamaq və tətbiq etmək.
- ERP sistemlərinin (1C ERP, Micro ERP) inkişafı, inteqrasiyası və optimallaşdırılmasına rəhbərlik etmək.
- ERP layihələrini planlaşdırmaq, icra etmək və vaxtında uğurlu şəkildə tamamlanmasını təmin etmək.
- Biznes proseslərini analiz etmək və ERP vasitəsilə avtomatlaşdırma həlləri təklif etmək.
- ERP komandasını idarə etmək və inkişaf etdirmək, yüksək performans və davamlı təkmilləşməni təmin etmək.
- ERP sistemlərinin təhlükəsizliyini, məlumatların bütövlüyünü və biznesin davamlılığını qorumaq.
- ERP ilə bağlı həllər üçün təchizatçılar və xidmət təminatçıları ilə münasibətləri idarə etmək.
- ERP funksionallığını və səmərəliliyini artırmaq üçün yeni texnologiyaları araşdırmaq və tətbiq etmək.
- ERP büdcəsini hazırlamaq və idarə etmək, resursların optimal bölüşdürülməsini təmin etmək.
Tələblər
- Təcrübə 5-8 il
- Təhsil - Bakalavr
- İnformasiya texnologiyaları, Kompüter elmləri, Biznesin idarə edilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
- ERP sistemləri üzrə minimum 5–6 illik iş təcrübəsi, o cümlədən ən azı 3 il rəhbər vəzifədə.
- ERP sistemlərinin (xüsusilə 1C ERP və Micro ERP) tətbiqi və idarə olunması üzrə sübut olunmuş təcrübə.
- Layihə idarəçiliyi və biznes proseslərinin optimallaşdırılması üzrə güclü biliklər.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.