Təsvir
- Filialların satış planlarını hazırlamaq, təsdiq etdirmək və vaxtında icra etmək.
- Aylıq, rüblük və illik satış hədəflərini izləmək, sapmaları təhlil etmək və korreksiya tədbirləri görmək.
- Filial əməkdaşlarının satış prosesinə nəzarət etmək.
- Müştəri bazasını genişləndirmək, potensial müştərilərlə görüşlər təşkil etmək və müqavilələr bağlamaq.
- Satış komandasının fəaliyyətini qiymətləndirmək, motivasiya sistemini tətbiq etmək və performans hesabatlarını hazırlamaq.
- Müştəri şikayətlərini qəbul etmək, araşdırmaq və həll etmək, müştəri məmnuniyyətini artırmaq.
- Satış proseslərində daxili prosedurlara və şirkət standartlarına riayət olunmasına nəzarət etmək.
- Rəhbərliyə filialın fəaliyyəti barədə həftəlik və aylıq hesabatlar təqdim etmək.
- Komanda üzvlərinə satış texnikaları üzrə təlim keçirmək və onların peşəkar inkişafını dəstəkləmək.
- Filial ərazisində marketinq fəaliyyətlərini koordinasiya etmək və satış həcmini artırmaq üçün tədbirlər görmək.
Tələblər
- Ali təhsil
- Satış idarəetməsi üzrə sertifikatların olması arzuolunandır
- Minimum 4 il satış sahəsində iş təcrübəsi, o cümlədən 2 il rəhbər vəzifədə
- Azərbaycan dili sərbəst, Rus dili arzuolunandır
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Şəxsi avtomobil olması mütləqdir
Xüsusi tələblər:
- Bölgədəki bazar şəraitini və rəqabəti dərindən təhlil etmək bacarığı
- Yüksək satış hədəflərinə nail olmaq üçün strateji planlaşdırma təcrübəsi
- Müştəri ilə uzunmüddətli münasibətlər qurmaq və saxlamaq bacarığı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.