Mars Overseas Baku Mars Overseas Baku
  • 438

HORECA və TT Satış Şöbəsinin Rəhbəri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

HORECA və TT Satış Şöbəsinin Rəhbəri

  • Истекает 2 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı

Vəzifənin məqsədi:

  • HORECA (Hotel, Restoran, Kafe) və TT (Traditional Trade) satış kanalları üzrə strateji rəhbərliyi təmin etmək, satış komandalarının fəaliyyətinə liderlik etmək və satış performansını davamlı olaraq yüksəltmək. Bu vəzifə, şirkətin ümumi satış hədəflərinə nail olunmasında əsas rol oynayır.

Əsas vəzifə öhdəlikləri:

  • HORECA və TT satış kanalları üzrə strategiyanın hazırlanması və icrasına rəhbərlik
  • Gündəlik satış əməliyyatlarının effektiv şəkildə idarə olunması və KPI-ların icrasının təmin edilməsi
  • Satış komandalarının performansına nəzarət və inkişaf planlarının tətbiqi
  • Müştəri bazasının genişləndirilməsi və əsas müştəri hesablarının idarə olunması
  • Rəqib və bazar analizlərinin aparılması, yeni satış imkanlarının müəyyənləşdirilməsi
  • Trade Marketing, Planlama və Distribusiya komandaları ilə sıx əməkdaşlıq
  • Satış hesabatlarının və analitik məlumatların təhlili əsasında qərarların verilməsi
  • Komandanın motivasiyası, inkişafı və nəticəyönümlü idarəetmə sisteminin qurulması

Namizədə dair tələblər:

  • FMCG sektorunda, xüsusilə HORECA və TT sahəsində minimum 5 il iş təcrübəsi (azı 2 ili rəhbər vəzifədə)
  • Satış strategiyasının icrası, komanda rəhbərliyi və KPI idarəetməsi sahəsində dərin bilik və təcrübə
  • Güclü liderlik, qərarvermə və analitik düşünmə bacarığı
  • Yüksək ünsiyyət və təsiretmə bacarığı, təqdimatlarda peşəkarlıq
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı, satış analitik sistemləri üzrə biliklər
  • Yüksək məsuliyyət və nəticə yönümlü yanaşma

Üstünlük verilir:

  • ERP, DMS və ya CRM sistemləri ilə işləmək təcrübəsi
  • Trade Marketing və Distribusiya planlaması ilə inteqrasiya bacarığı
  • Azərbaycan dili sərbəst, İngilis dili biliyi (arzuolunandır)

Nə təklif edirik:

  • Peşəkar inkişaf və təlim imkanları 
  • Könüllü tibbi sığorta

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “HORECA və TT Satış Şöbəsinin Rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

  • Daily11
  • Weekly116
  • Monthly1284