Vəzifə öhdəlikləri:
- Sifariş edilən yüklərin qəbul edilməsi üçün işçilərin təyini, aktların yoxlanmasına nəzarət, sənədlərin təhvili, fakturalar üzrə maşınların yüklənməsini təşkil etmək;
- Sifarişlərin komanda üzrə bölüşdürülməsini təşkil etmək;
- GPS qurğuları üzrə sürücülərin hərəkətinə nəzarət etmək;
- Sürücülərin hərəkət marşurutlarını müəyyən etmək;
- Reysə buraxılan maşınların və işçilərin uçotunu aparmaq;
Namizədə dair tələblər:
- Təhsil: Ali
- Yalnız Bəy namizədlər
- Təcrübə: Logistika sahəsi üzrə 1 il
- Nəqliyyat sistemləri, yol hərəkətinin təşkili və idərəedilməsi sahəsində bilik və təcrübəyə malik olmaq
- Yol infrastrukturu, qovşaqları və yol hərəkətinin təşkili barəsində yaxşı biliklərə malik olan
- Ünsiyyət bacarığı
- Komandada işləmə bacarığı
Şərtlər:
- İş günləri: Həftənin 6 günü (bazar günü istirahət)
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu
Əlavə məlumatlar:
- Tibbi sığorta
- Təlim və inkişaf imkanları
- Korporativ nömrə
Müraciət üçün Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Nəqliyyat üzrə yük qruplama mütəxəssisi” vəzifə adını və şəhər adını qeyd etməyiniz vacibdir.