Vəzifə öhdəlikləri:
- Mühasibat, vergi uçotu, DSMF və Statistika hesabatları üzrə əməliyyatların dəqiq və vaxtında aparılmasını təmin etmək;
- Müəssisənin bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunun tələblərinə uyğun şəkildə 1C (8.3) proqram təminatında düzgün əks olunmasına nəzarət etmək;
- Elektron portallarda (e-taxes, e-gov, e-statistika və s.) hesabatların və əməliyyatların icrasını həyata keçirmək;
- ƏDV, ÖMV, Mənfəət və digər vergi bəyannamələrini hazırlamaq, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq dövlət orqanlarına təqdim etmək;
- DSMF və Dövlət Statistika Komitəsinə dair hesabatların tərtib olunmasını və vaxtında göndərilməsini təmin etmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 2-3 il peşəkar iş təcrübəsi (Tikinti sektorunda təcrübə üstünlük sayılır);
- 1C (8.3) proqram təminatında mükəmməl bilik və təcrübə;
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyəli bacarıqlar;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini və əlaqədar normativ-hüquqi aktları dərindən bilmək;
- Elektron portallarda hesabatlılıq və əməliyyatların aparılması üzrə təcrübə;
- Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı, rus dili biliyi üstünlükdür.
İş barədə məlumat:
- Əmək haqqı: 800-1000 AZN
- Nahar şirkət tərəfindən verilir.
- İş yeri: Bakı şəh, Nərimanov ray.,Heydər Əliyev pr.97 .
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: 09.00-18.00
CV-lərinizi “Mühasib” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.