Vəkil - Hüquqşünas

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəkil - Hüquqşünas

  • Истекает 8 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Namizədə olan tələblər:

  • Ali təhsil (hüquq) (Magistratura tehsili olanlara üstünlük veriləcək)
  • Azərbaycan dili mükəmməl, Rus və İnglis dili yaxşı səviyyədə
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
  • Analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları
  • İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma
  • Komandada işləmə bacarığı
  • Yaş həddi: 30-45
  • Bəy və xanım namizədlər.

İş haqqında məlumat: 

  • Şirkətin hüquqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
  • Şirkətin qanunauyğun fəaliyyətini təmin etmək üçün hüquqi sənədlərin yenilənməsi və qanunvericilikdə baş vermiş dəyişikliklərə uyğun olaraq tənzimlənməsi;
  • Standart müqavilə formalarını hazırlamaq;
  • Hüquqi rəylərin hazırlanması və məsləhətlərin verilməsi;
  • Bütün struktur bölmələrə hüquqi müşavirlik və dəstək göstərmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
  • Məhkəmə proseslərinə rəhbərlik etmək, mübahisəli məsələlərdə hüquqi mövqenin hazırlanması və müdafiəsini təmin etmək;
  • Dövlət orqanları və tənzimləyici qurumlarla strateji hüquqi yazışmaları hazırlamaq və münasibətləri idarə etmək;
  • Korporativ hüquqi sənədlərin, daxili qərarların və normativ aktların qanunvericiliyə uyğunluğunu təmin etmək və nəzarət etmək;

İş şəraiti:

  • Əmək haqqı, iş qrafiki və iş saatı : Razılaşma əsasında

Xahiş olunur namizədlər CV-sini “Vəkil-Hüquqşünas” başlığı ilə [email protected] ünvanına göndərsinlər. 

  • Daily5
  • Weekly537
  • Monthly741