Maliyyə əməliyyatlarının düzgünlüyünü təmin edəcək, hesabatlılıq və analitik bacarıqları olan Mühasib vəzifəsinə namizəd axtarırıq!
Vəzifə öhdəlikləri:
- Gündəlik əməliyyatlar üzrə müxabirləşmələrin düzgünlüyünə nəzarət etmək
- Məhsulların maya dəyərinin dəqiq hesablanmasını təmin etmək
- Mənfəət və Zərər hesabatı, Balans hesabatı və digər maliyyə hesabatlarını hazırlamaq
- Kreditor və debitor borclar üzrə uçotun aparılması və hesabatların təqdim olunması
- Mühasibat sənədlərinin düzgün tərtibi və arxivləşdirilməsi
Namizədə tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
- Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
- Milli mühasibat uçotu və vergi qanunvericiliyi bilikləri
- 1C (və ya digər mühasibat proqramlarında) işləmə bacarığı
- Excel və digər ofis proqramlarında sərbəst işləmək bacarığı
- Məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyətinə malik olmaq
Təklif olunur:
- Peşəkar və mehriban komandada işləmək imkanı
- Karyera inkişafı və biliklərin artırılması üçün təlim imkanları
- Rəqabətqabiliyyətli əmək haqqı
- Stabil və şəffaf iş mühiti
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini e-mailin mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.