Təsvir
- Vergi uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasını təmin etmək;
- Xammal, material, yarımfabrikat və hazır məhsulun hərəkətinin mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Məhsulun maya dəyərinin hesablanmasını və istehsal xərclərinin düzgün bölüşdürülməsini həyata keçirmək;
- İstehsalat üzrə faktiki sərfiyyatların reseptura və normativlərə uyğunluğunu analiz etmək;
- Anbar uçotu ilə mühasibat uçotunun uyğunluğunu yoxlamaq və inventarizasiya prosesində iştirak etmək;
- İstehsal tullantıları, itkilər və çatışmazlıqlar üzrə uçotun düzgün aparılmasını həyata keçirmək;
- Daxil olan e-qaimələrin və idxal əməliyyatlarının sistemə işlənməsini həyata keçirmək və e-qaimələrin təsdiq prosesinə nəzarət etmək;
- Kreditorlar üzrə üzləşmə aktlarının yoxlanılması və yaranan problemlərin araşdırılması;
- Vergi bəyannamələrinin (ÖMV, Torpaq vergisi, Əmlak Vergisi, Mədən vergisi, Vahid bəyannamə) hazırlanması və təqdim edilməsi;
- Bütün statistik hesabatların təqdim edilməsi;
- Audit və vergi yoxlamaları zamanı tələb olunan sənəd və məlumatların hazırlanmasını təmin etmək;
- Müəssisədaxili prosedur və maliyyə intizamına riayət olunmasını təmin etmək;
- Baş mühasib tərəfindən tapşırılan digər işlərin vaxtında və düzgün formada icrası.
Tələblər
- Təhsil: Ali (Iqtisadi təhsil);
- İş təcrübəsi: 3 ildən az olmayaraq;
- Sertifikat: PMS, IFRS-lə bağlı sertifikatlar;
- Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili orta səviyyə;
- Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
- Ölkədaxili ezamiyyət imkanları.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və bazar günü;
- İş yeri: Mətanət A zavodu (Masazır ərazisi).
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
- Dinamik və gənc komanda ilə iş imkanı;
- Nahar və nəqliyyat (servis xidməti) şirkət tərəfindən təmin edilir.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.