Aparıcı mühasib (Masazır)

  • Deadline 19 İyun 2026

Təsvir

  • Vergi uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun aparılmasını təmin etmək;
  • Xammal, material, yarımfabrikat və hazır məhsulun hərəkətinin mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Məhsulun maya dəyərinin hesablanmasını və istehsal xərclərinin düzgün bölüşdürülməsini həyata keçirmək;
  • İstehsalat üzrə faktiki sərfiyyatların reseptura və normativlərə uyğunluğunu analiz etmək;
  • Anbar uçotu ilə mühasibat uçotunun uyğunluğunu yoxlamaq və inventarizasiya prosesində iştirak etmək;
  • İstehsal tullantıları, itkilər və çatışmazlıqlar üzrə uçotun düzgün aparılmasını həyata keçirmək;
  • Daxil olan e-qaimələrin və idxal əməliyyatlarının sistemə işlənməsini həyata keçirmək və e-qaimələrin təsdiq prosesinə nəzarət etmək;
  • Kreditorlar üzrə üzləşmə aktlarının yoxlanılması və yaranan problemlərin araşdırılması;
  • Vergi bəyannamələrinin (ÖMV, Torpaq vergisi, Əmlak Vergisi, Mədən vergisi, Vahid bəyannamə) hazırlanması və təqdim edilməsi;
  • Bütün statistik hesabatların təqdim edilməsi;
  • Audit və vergi yoxlamaları zamanı tələb olunan sənəd və məlumatların hazırlanmasını təmin etmək;
  • Müəssisədaxili prosedur və maliyyə intizamına riayət olunmasını təmin etmək;
  • Baş mühasib tərəfindən tapşırılan digər işlərin vaxtında və düzgün formada icrası.

Tələblər

  • Təhsil: Ali (Iqtisadi təhsil);
  • İş təcrübəsi: 3 ildən az olmayaraq;
  • Sertifikat: PMS, IFRS-lə bağlı sertifikatlar;
  • Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili orta səviyyə;
  • Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
  • Ölkədaxili ezamiyyət imkanları.

İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Şənbə və bazar günü;
  • İş yeri: Mətanət A zavodu (Masazır ərazisi).

Biz nə təklif edirik: 

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik);
  • Dinamik və gənc komanda ilə iş imkanı;
  • Nahar və nəqliyyat (servis xidməti) şirkət tərəfindən təmin edilir.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily97
  • Weekly402
  • Monthly1786