Təsvir
- Şirkətin ümumi satış strategiyasına uyğun olaraq Bakı və regionlar üzrə satış planlarını hazırlamaq, icrasını təmin etmək və satış hədəflərinə nail olunmasına nəzarət etmək;
- Məhsul qrupları üzrə aylıq, rüblük və illik satış hədəflərini müəyyənləşdirmək, bazar potensialını analiz edərək satışın artırılması istiqamətində effektiv fəaliyyət planları hazırlamaq;
- Distribyutor satış kanallarının idarə olunmasını təmin etmək, distribyutorların performansını davamlı izləmək və satış effektivliyinin artırılması üçün inkişaf planları hazırlamaq;
- Mövcud distribyutor şəbəkəsi ilə münasibətləri idarə etmək, yeni distribyutorların cəlb olunması və satış coğrafiyasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərmək;
- Distribyutorların stok vəziyyəti, məhsul dövriyyəsi, satış dinamikası və bazar payı göstəricilərini mütəmadi təhlil etmək və optimallaşdırıcı tədbirlər görmək;
- Distribyutorlar vasitəsilə məhsulların satış nöqtələrində düzgün təqdimatını, mövcudluğunu və satış standartlarına uyğunluğunu təmin etmək;
- Satış komandalarının gündəlik fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq, KPI və performans göstəricilərinə nəzarət etmək;
- Bakı və regionlarda fəaliyyət göstərən satış nümayəndələri, supervayzerlər və distribyutor komandalarının fəaliyyətini koordinasiya etmək və effektiv idarəetməni təmin etmək;
- Satış komandalarının peşəkar inkişafı məqsədilə təlim, mentorluq və performans inkişaf proqramları təşkil etmək;
- Satış nöqtələrini, distribyutor anbarlarını və bazar ərazilərini mütəmadi ziyarət edərək satış proseslərinə, məhsul yerləşiminə və bazar vəziyyətinə nəzarət etmək;
- Müştəri ehtiyaclarını və bazar tələblərini təhlil etmək, müştəri məmnuniyyətinin artırılması və uzunmüddətli əməkdaşlığın formalaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
- Yeni potensial müştərilər, topdan satış nöqtələri və strateji tərəfdaşlıqlar müəyyənləşdirərək müştəri bazasının genişləndirilməsini təmin etmək;
- Rəqib şirkətlərin satış fəaliyyəti, qiymət siyasəti, distribyutor strukturu və bazar tendensiyaları barədə məlumat toplamaq, təhlillər aparmaq və rəhbərliyə təkliflər vermək;
- Məhsulun satış həcmini artırmaq məqsədilə kampaniyalar, təşviq proqramları, trade marketing və satış aktivliklərinin həyata keçirilməsini koordinasiya etmək;
- Satış proqnozları hazırlamaq, satış nəticələrini analiz etmək və nəticələrə əsasən strategiyaları yeniləmək;
- Distribyutor sifarişlərinin düzgün planlanmasına, məhsul ehtiyatlarının optimallaşdırılmasına və logistika prosesləri ilə koordinasiyaya nəzarət etmək;
- Debitor borclarına nəzarət etmək, distribyutor və müştərilər üzrə ödəniş intizamını izləmək və risklərin minimuma endirilməsi istiqamətində tədbirlər görmək;
- Satış fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatlar hazırlamaq, satış göstəricilərini təhlil edərək rəhbərliyə təqdim etmək;
- Bazar və satış dinamikasını davamlı izləmək, əldə olunan nəticələrə əsasən inkişaf yönümlü təkliflər hazırlamaq və tətbiqini təmin etmək;
- Müştərilər, distribyutorlar və satış komandaları ilə mütəmadi üzbəüz görüşlər keçirmək, əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsini təmin etmək;
- Şirkətin satış siyasətinə, korporativ standartlara və kommersiya prinsiplərinə uyğun fəaliyyət göstərmək.
Tələblər
- Təhsil: Ali / Bakalavr / Magistr
- Yaş həddi: min 30 - max 50 yaş
- İş təcrübəsi: min 3 il
- Kompüter biliyi: Microsoft office / Excel yaxşı
- Şəxsi avtomobil-mütləqdir
- Ölkədaxili ezamiyyət imkanları
Dil bilikləri
- Azərbaycan dili (ana dili).
- İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).
Şəxsi keyfiyyətlər
- Güclü liderlik və Kollektivi idarəetmə bacarığı. Məhsuliyyətli, dinamik
- Sərbəst və səlis ünsiyyət və danışıq bacarığı (həm yazılı, həm şifahi).
- Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti.
- Strateji və analitik düşüncə tərzi.
İş şəraiti
- 5 günlük iş rejimi (şənbə, bazar istirahət)
- Ünvan: Şah İsmayıl Xətai pr. 34 (Luxen Plaza)
Biz nə təklif edirik
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.