İşin təsviri:
- İdarə Heyəti sədrinə təqdim edilən bütün hesabatların vaxtında və keyfiyyətlə təqdim olunmasına nəzarət və koordinasiya etmək;
- İdarə Heyəti sədri tərəfindən tapşırılan müxtəlif faəliyyətlərin idarə və nəzarət edilməsi;
- İdarə Heyəti sədrinin gündəliyində olan yeni ideyalar üzərində işləmək və onların həyata keçirilməsini izləmək;
- İdarə Heyətinin sədri və tabeliyində olan əməkdaşlar arasındakı qarşılıqlı əlaqənin qurulması və idarə edilməsi;
- İdarə Heyətinin sədrinə bildirilməli olan bütün məlumatları emal edərək prioriteləşməni həyata keçirilməsi;
- Görüşlərdə iştirak edərək qeydlər aparmaq, lazımi tədbirlərin həyata keçirilməsini izləmək və yeniliklər barədə İdarə Heyəti sədrinə məlumat vermək.
- İdarə Heyəti sədrinin köməkçisi səlahiyyətlərinin zərurət olduqda müvəqqəti icra edilməsi
Tələblər:
- İş təcrübəsi: CEO/Direktor köməkçisi kimi 3-5 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi
- Səlis azərbaycan dili biliyi - İngilis dili: əla, Rus dili: orta
- Kompüter bilikləri: MS Office: əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və təsir göstərmə, dinamikanı anlamaq
- ,xarici dil biliyi üstünlükdür;
- Mükəmməl yazılı və şifahi kommunikasiya və təqdimat bacarıqları, detallara diqqət;
- Sahə üzrə minimum 5 il iş təcrübəsi:
- Korporativ brendinq anlayışı, nüfuz idarəçiliyi və böhran kommunikasiyaları anlayışları üzrə dərin biliklər;
- İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı;
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.
İş şəraiti:
- 5günlük
- İstirahət şənbə, bazar
- Ünvan: Xətai 34 (Luxen Plaza)
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.
Maraqlanan namizədlər Müraciət Et butonunda yerləşən link-ə daxil olub qeydiyyatdan keçməyiniz xahiş olunur.