İstehsal sahələri üzrə satınalma şöbəsinin müdiri (Direct Procurement Head)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İstehsal sahələri üzrə satınalma şöbəsinin müdiri (Direct Procurement Head)

  • Истекает 13 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İşin təsviri:

  • Şirkətin birbaşa satınalma strategiyasının formalaşdırılması və icrasına rəhbərlik edilməsi;
  • Xarici və daxili bazarlardan (istehsalçı şirkətlərdən) satın alınan xammal, material və məhsullar üzrə tələbatın planlaşdırılması və idarə olunması;
  • Strateji əhəmiyyətli mallar üzrə yerli və xarici istehsalçıların və təchizatçıların araşdırılması, seçilməsi və inkişaf etdirilməsi;
  • Satınalma xərclərinin optimallaşdırılması, qiymət formalaşması və maya dəyərinin təhlili;
  • Təchizatçılardan kommersiya təkliflərinin alınması, müqayisəli analizlərin aparılması və əsaslandırılmış qərarların verilməsi;
  • Satınalma fəaliyyəti, xərclər və KPI-lar üzrə müntəzəm hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Satınalma proseslərinin logistika və nəqliyyat nəzarəti ilə koordinasiyası;
  • Alınan material və məhsulların keyfiyyətinə nəzarətin təmin edilməsi (sifarişçi ilə koordinasiya);
  • Satınalma prosedurlarına, daxili qaydalara və risklərin idarə olunması prinsiplərinə riayət olunmasına nəzarət;
  • Komandanın idarə edilməsi, inkişafı və fəaliyyətinin koordinasiyası.

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat, logistika, mühəndislik və ya əlaqəli sahələr üstünlükdür);
  • İngilis dili – sərbəst səviyyədə (çin, türk və rus dili biliyi üstünlük hesab olunur);
  • Xarici bazarların və beynəlxalq satınalma prinsiplərinin dərindən bilinməsi;
  • Birbaşa satınalma sahəsində minimum 3–5 il, o cümlədən rəhbər vəzifədə təcrübə;
  • Güclü analitik düşüncə, böyük həcmli məlumatlarla işləmə və qərarvermə bacarığı;
  • Danışıqların aparılması, kommersiya şərtlərinin formalaşdırılması və qiymət strategiyalarının qurulması bacarığı;
  • Satınalma sənədləri və müqavilələrlə işləmək təcrübəsi;
  • ERP sistemləri ilə işləmə bacarığı (SAP, 1C və ya analoji sistemlər üstünlükdür);
  • MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Yüksək məsuliyyət, liderlik və ünsiyyət bacarıqları;
  • Xarici və daxili ezamiyyətlərə hazır olmaq.

Biz təklif edirik:

  • Strateji və qərarverici rol;
  • Rəhbər vəzifəyə uyğun rəqabətli əmək haqqı;
  • Peşəkar inkişaf və beynəlxalq təchizatçılarla işləmə imkanı;
  • Şəhərin mərkəzində ofis
  • Dinamik və nəticəyönümlü iş mühiti.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İş yeri: Xətai 34, Luxen Plaza
  • İstirahət: Şənbə və bazar günü.
  • Maaş: müsahibə nəticəsi əsasında razılaşma yolu ilə təyin ediləcək.

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd edilən mail unvanına cv-lərini göndərə bilərlər.

  • Daily128
  • Weekly382
  • Monthly1169