“Mətanət A” şirkəti Korporativ Audit və Uyğunluq departament direktoru vakansiyasını elan edir
İşin təsviri:
- Şirkətin daxili audit funksiyasına rəhbərlik edilməsi, daxili audit strategiyasının hazırlanması, illik audit planının tərtib edilməsi və icrasına nəzarət olunması.
- Daxili audit fəaliyyətinin şirkətin strateji məqsədlərinə uyğun həyata keçirilməsinin təmin edilməsi.
- İdarəetmə proseslərinin və risklərin idarə olunmasının effektivliyinin obyektiv qiymətləndirilməsi.
- Mövcud və potensial risklərin təhlil edilməsi, onların azaldılması və qarşısının alınması üçün tövsiyələrin hazırlanması.
- Şirkət daxilində əsas maraqlı tərəflərlə əməkdaşlığın qurulması və daxili auditin müstəqilliyinin qorunması.
- Audit fəaliyyətinə dair hesabatların hazırlanması və funksional olaraq Müşahidə Şurasının Sədrinə, inzibati baxımdan isə Şirkət Direktoruna təqdim edilməsi.
- Şirkətin İdarə Heyətinin üzvləri və xarici auditorlarla əlaqələrin koordinasiya edilməsi və idarə olunması.
- Daxili audit strategiyasının beynəlxalq qabaqcıl təcrübələrə və risk idarəetmə standartlarına uyğunlaşdırılması.
- Audit metodologiyalarının və daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi və tətbiq edilməsi.
- Audit departamentinin fəaliyyətinə rəhbərlik edilməsi, əməkdaşların inkişafına dəstək verilməsi və peşəkar bacarıqlarının artırılması.
Tələblər:
- Təhsil-İqtisadiyyat, Maliyyə vəya Biznesin İdarə olunması sahəsində ali təhsil
- Sertifikatlar-ACA, ACCA, CİSA vəya bənzəri kvalifikasiyalara sahib olmaq (arzuolunandır)
- Problem həllində riyazi biliklərin tətbiqi və modelləşdirmə bacarığı
- “Big 4” Audit şirkətlərində iş təcrübəsi (arzuolunandır)
- Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
- İdarəetmə bacarığına sahib olmaq
- Xarici və daxili ezamiyyətlərə getmə imkanı
- İş təcrübəsi: Minimum 10 il
- Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
- Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.