Korporativ Audit və Uyğunluq departament direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Korporativ Audit və Uyğunluq departament direktoru

  • Deadline 3 December 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Mətanət A” şirkəti Korporativ Audit və Uyğunluq departament direktoru vakansiyasını elan edir

İşin təsviri:

  • Şirkətin daxili audit funksiyasına rəhbərlik edilməsi, daxili audit strategiyasının hazırlanması, illik audit planının tərtib edilməsi və icrasına nəzarət olunması.
  • Daxili audit fəaliyyətinin şirkətin strateji məqsədlərinə uyğun həyata keçirilməsinin təmin edilməsi.
  • İdarəetmə proseslərinin və risklərin idarə olunmasının effektivliyinin obyektiv qiymətləndirilməsi.
  • Mövcud və potensial risklərin təhlil edilməsi, onların azaldılması və qarşısının alınması üçün tövsiyələrin hazırlanması.
  • Şirkət daxilində əsas maraqlı tərəflərlə əməkdaşlığın qurulması və daxili auditin müstəqilliyinin qorunması.
  • Audit fəaliyyətinə dair hesabatların hazırlanması və funksional olaraq Müşahidə Şurasının Sədrinə, inzibati baxımdan isə Şirkət Direktoruna təqdim edilməsi.
  • Şirkətin İdarə Heyətinin üzvləri və xarici auditorlarla əlaqələrin koordinasiya edilməsi və idarə olunması.
  • Daxili audit strategiyasının beynəlxalq qabaqcıl təcrübələrə və risk idarəetmə standartlarına uyğunlaşdırılması.
  • Audit metodologiyalarının və daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi və tətbiq edilməsi.
  • Audit departamentinin fəaliyyətinə rəhbərlik edilməsi, əməkdaşların inkişafına dəstək verilməsi və peşəkar bacarıqlarının artırılması.

Tələblər:

  • Təhsil-İqtisadiyyat, Maliyyə vəya Biznesin İdarə olunması sahəsində ali təhsil
  • Sertifikatlar-ACA, ACCA, CİSA vəya bənzəri kvalifikasiyalara sahib olmaq (arzuolunandır)
  • Problem həllində riyazi biliklərin tətbiqi və modelləşdirmə bacarığı
  • “Big 4” Audit şirkətlərində iş təcrübəsi (arzuolunandır)
  • Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
  • İdarəetmə bacarığına sahib olmaq
  • Xarici və daxili ezamiyyətlərə getmə imkanı
  • İş təcrübəsi: Minimum 10 il
  • Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır) 
  • Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək

Biz nə təklif edirik:  

  • Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
  • Şəhərin mərkəzində ofis
  • Bonus sistemi
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
  • Dinamik və gənc komanda ilə iş imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly0
  • Monthly1050