İşin təsviri:
- Layihənin vaxtında və keyfiyyətlə tamamlanmasına cavabdehlik daşıması;
- Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
- Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
- Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
- Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
- Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
- Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və Baş ofisə təsdiq üçün təqdim edilməsi;
- Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını və baş ofisə təqdim edilməsini təmin etmək;
- Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
- Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması.
Tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: 5 il iş təcrübəsi( istehsal tikinti layihələri üzrə);
- Tikinti işlərində işlərin, maşın və avadanlıqların planlaşdırılması və koordinasiyası üzrə təcrübə;
- Ofis, Primavera, AutoCAD proqramlarında işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dili (Rus dili arzuolunandır);
- PMD sənədləşmə prosesində təcrübəli.
İş şəraiti:
- İş saatı: 09:00-dan 18:00-dək;
- İstirahət: Bazar günü (Şənbə qısaldılmış iş günü);
- İş yeri: Layihədən asılı olaraq dəyişir;
- Korporativ nömrə verilir.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.