İşin təsviri:
- Tikinti və tətbiq işlərinin icrası: Malyar, kafel-metlax, suvaq, boya və digər tikinti işlərini peşəkar səviyyədə yerinə yetirmək.
- Müxtəlif tikinti materiallarının düzgün tətbiqi qaydalarını bilmək və iş zamanı tətbiq etmək.
- Müştərilərin sifariş etdiyi materialların keyfiyyətli istifadəsini təmin etmək.
- Materiallardan və ustaların təcrübəsizliyindən yaranan texniki problemləri müəyyən edib həll etmək.
- İş prosesində yaranacaq çətinlikləri əvvəlcədən görərək profilaktik tədbirlər görmək.
- Digər ustalara materialların tətbiqi ilə bağlı sahədə təlim keçmək.
- Tikinti obyektlərində materialların istifadəsi ilə bağlı müştərilərə məsləhət və dəstək vermək.
- İş zamanı texniki problemləri əvvəlcədən görərək profilaktik tədbirlər həyata keçirmək.
- Müştərilər və satış təmsilçiləri üçün daşına bilən məhsul nümunələri hazırlamaq.
- Müştərilərə materialların istifadəsi ilə bağlı məsləhət və dəstək vermək.
Tələblər:
- Malyar, kafel-metlax, suvaq, boya və digər tikinti işlərində min 3 il təcrübə.
- Tikinti materiallarının tətbiqi və istifadə qaydalarını yaxşı bilmək.
- Tikinti materiallarından və ustaların təcrübəsizliyindən yaranan problemləri müəyyən edib həll etmək bacarığı.
- Sahədə digər ustalara təlim keçmək bacarığı.
- Komandada işləmək bacarığı və güclü ünsiyyət qabiliyyəti.
- Problemləri həll etmək üçün təşəbbüskar və məsuliyyətli yanaşma.
- Müxtəlif tikinti layihələrində iştirak etmiş namizədlərə üstünlük veriləcək.
İş şəraiti:
- İş yeri: Luxen Plaza
- İş qrafiki: 5 günlük
- İstirahət: Şənbə və bazar günü.
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.