İşin təsviri:
- Xammalların (gips, kvarts qumu, əhəngdaşı və s.) və ya kimyəvi əlavələrin tərkibini, funksiyalarını və istifadə sahələrini bilmək.
- Müştərilərə xammal və kimyəvi əlavələrin üstünlüklərini izah etmək bacarığı.
- Satış yönümlü danışıqların aparılması.
- Satış prosesinin həyata keçirilməsi.Xammal məhsullarının satış planlarının hazırlanması və həyata keçirilməsi.
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əməkdaşlığın gücləndirilməsi.
- Satış prosesinin hər mərhələsini izləmək və müvafiq əməliyyatları yerinə yetirmək.
- Potensial müştərilər ilə əlaqələrin qurulması və uzunmüddətli əməkdaşlıq münasibətlərinin yaradılması.
- Müştərilərin tələblərinin təhlili və onların ehtiyaclarına uyğun həllər təklif etmək.
- Müştəri məmnuniyyətini təmin etmək və onların rəylərini toplamaq.
- Xammal bazarındakı trendləri izləmək və yeni satış imkanlarını müəyyən etmək.
- Rəqibləri və müvafiq sənaye məlumatlarını təhlil edərək satış strategiyalarını yeniləmək.
- Şirkətin xammal məhsullarının bazarda rəqabət qabiliyyətini artırmaq üçün təkliflər hazırlamaq.
- Müştəri sifarişlərini qəbul etmək və təchizat zəncirinin uyğun şəkildə işləməsini təmin etmək.
- Sifarişlərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək.
- Müştərilərə xammal çatdırılması ilə bağlı logistik prosesləri koordinasiya etmək.
- Satış hədəflərinə nail olmaq üçün fəaliyyətləri təhlil etmək.
Tələblər:
- İqtisadiyyat, marketinq, mühəndislik və ya əlaqəli sahələrdə ali təhsil.
- Xammalların və ya kimyəvi əlavələrin satışı sahəsində minimum 2-3 il iş təcrübəsi.
- Xammalların və kimyəvi əlavələrin tərkibi, funksiyaları və istifadə sahələri barədə biliklər.
- Satış və müştəri münasibətləri sahəsində güclü bacarıqlar.
- Satış yönümlü danışıqların aparılması və satış prosesinin idarə edilməsi bacarıqları.
- Bazar araşdırması və analitik təhlil aparmaq bacarığı.
- Dil Bilikləri: Azərbaycan dili (ana dili),İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).
İş şəraiti:
- İş yeri: Luxen Plaza
- İş qrafiki: 5 günlük
- İstirahət: Şənbə və bazar günü.
- Korporativ nömrə
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.