Şəhər: Bakı
Vəzifə öhdəlikləri:
- Şirkətin mühasibat uçotunun aparılması və bütün maliyyə əməliyyatlarının düzgün əks etdirilməsi;
- Maliyyə və vergi hesabatlarının qanunvericiliyə uyğun hazırlanması və vaxtında təqdim edilməsi;
- Şirkətin büdcə və maliyyə planlamasının hazırlanması, icrasına nəzarət və təhlil edilməsi;
- Nağd pul vəsaitlərinin, kreditor və debitor borclarının idarə olunması;
- Vergi orqanları və digər dövlət qurumları ilə yazışmaların aparılması, yoxlamalarda iştirak;
- Mühasibatlıq komandasına rəhbərlik və daxili nəzarət sistemlərinin təşkili;
- Sənəd dövriyyəsinə və arxivləşdirməyə nəzarət.
Tələblər:
- Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat üzrə);
- Minimum 5 il baş mühasib vəzifəsində iş təcrübəsi (istehsalat sahəsində təcrübə arzuolunandır);
- PMS 2 sertifikatının olması mütləqdir;
- Azərbaycan Respublikasının vergi və mühasibat uçotunu mükəmməl bilmək;
- 1C və digər mühasibatlıq proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik və liderlik bacarıqları.
Şərtlər:
- İş qrafiki: Həftə içi 5 gün, 09:00 – 18:00;
- Əmək haqqı: 2000 – 2500 AZN (müsahibə əsasında müəyyən ediləcək);
- Rəsmi əmək müqaviləsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Müraciət:
Vakansiyaya müraciət etmək üçün CV-nizi mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.