İş şəraiti:
- İş qrafiki: günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
- İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
İşin Təsviri:
- Yaşıllıq və landşaft ərazilərinə gündəlik qulluq göstərilməsi;
- Həmişəyaşıl və dekorativ ağac, kol və bitkilərin xüsusiyyətlərini, əkilməsi və qulluq qaydalarını bilmək, onların artırılması və sağlam saxlanılmasını təmin etmək;
- Qazon sahələrinin biçilməsi, bərpası və səliqəli vəziyyətdə saxlanılmasını təmin etmək;
- Ağac, gül və digər bitkilərin əkilməsi, suvarılması və budanması;
- Bitkilərin sağlamlığının qorunması və zərərvericilərə qarşı tədbirlərin görülməsi;
- Ərazinin təmiz və səliqəli saxlanılmasının təmin edilməsi;
- Gübrələmə və torpaq qulluq işlərinin həyata keçirilməsi;
- Bağçılıq avadanlıqları və alətlərindən düzgün istifadə olunması;
- Mövsümi bağçılıq işlərinin yerinə yetirilməsi;
- Əmək təhlükəsizliyi qaydalarına riayət olunması.
Tələblər:
- Bağçılıq və ya landşaft işləri üzrə minimum 1 il iş təcrübəsi;
- Bitkilərə qulluq və bağçılıq işləri üzrə əsas biliklər;
- Fiziki işləmək bacarığı və açıq havada işləməyə uyğunluq;
- Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Yaşıllıq sahələrinin qorunmasına və səliqəsinə həssas yanaşma.
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Bağban” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.