Elektrik və Lift Bələdçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik və Lift Bələdçisi

  • Deadline 12 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti 

  • İş qrafiki: 6 günlük iş qrafikinə əsasən tənzimlənir
  • Əməkhaqqı: 900-1000 AZN
  • İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)

İşin Təsviri:

  • Liftlərin təhlükəsiz və düzgün istifadəsinə nəzarət etmək
  • Sakin və qonaqların mərtəbələr üzrə yönləndirilməsini təmin etmək
  • Lift daxilində nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək
  • Liftlərdə yaranan texniki nasazlıqları aidiyyəti şöbəyə vaxtında bildirmək
  • Liftlərin gündəlik fəaliyyətinə və texniki vəziyyətinə nəzarət etmək
  • Elektrik avadanlıqlarının və sistemlərinin işlək vəziyyətdə olmasına nəzarət etmək
  • Elektrik sistemlərində yaranan nasazlıqları müəyyən etmək və aidiyyəti şəxslərə məlumat vermək
  • Yüklərin və materialların təhlükəsiz daşınmasına nəzarət etmək
  • Lift və elektrik avadanlıqlarından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək
  • Lift ətrafının və texniki sahələrin səliqəli və təhlükəsiz saxlanılmasını təmin etmək

Namizədə Tələblər:

  • Orta və ya orta ixtisas təhsili
  • Elektrik və lift sistemləri üzrə ilkin texniki biliklər
  • Məsuliyyətli və diqqətli olmaq
  • Operativ və çevik işləmə bacarığı
  • Ünsiyyət bacarığı və kollektivlə işləmə qabiliyyəti
  • Nizam-intizamlı və punktual olmaq
  • Elektrik və ya lift sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Elektrik və Lift Bələdçisi” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily128
  • Weekly368
  • Monthly966