İş şəraiti
- İş qrafiki: 6 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: 900-1000 AZN
- İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
İşin Təsviri:
- Liftlərin təhlükəsiz və düzgün istifadəsinə nəzarət etmək
- Sakin və qonaqların mərtəbələr üzrə yönləndirilməsini təmin etmək
- Lift daxilində nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək
- Liftlərdə yaranan texniki nasazlıqları aidiyyəti şöbəyə vaxtında bildirmək
- Liftlərin gündəlik fəaliyyətinə və texniki vəziyyətinə nəzarət etmək
- Elektrik avadanlıqlarının və sistemlərinin işlək vəziyyətdə olmasına nəzarət etmək
- Elektrik sistemlərində yaranan nasazlıqları müəyyən etmək və aidiyyəti şəxslərə məlumat vermək
- Yüklərin və materialların təhlükəsiz daşınmasına nəzarət etmək
- Lift və elektrik avadanlıqlarından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək
- Lift ətrafının və texniki sahələrin səliqəli və təhlükəsiz saxlanılmasını təmin etmək
Namizədə Tələblər:
- Orta və ya orta ixtisas təhsili
- Elektrik və lift sistemləri üzrə ilkin texniki biliklər
- Məsuliyyətli və diqqətli olmaq
- Operativ və çevik işləmə bacarığı
- Ünsiyyət bacarığı və kollektivlə işləmə qabiliyyəti
- Nizam-intizamlı və punktual olmaq
- Elektrik və ya lift sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Elektrik və Lift Bələdçisi” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.