Mayak Residence Mayak Residence
  • 730

Mayak Residence

Tikinti

Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 11 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir (09:00-18:00)
  • Əmək haqqı: 2000-2200 AZN
  • İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsində yerləşir)

İşin Təsviri:

  • Şöbənin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair araşdırma aparmaq və rəy hazırlamaq;
  • Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına nəzarət etmək;
  • İddia ərizəsi, apellyasiya və kassasiya şikayəti, etiraz, vəsatət və sairə hüquqi sənədləri tərtib etmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyini yüksək səviyyədə bilmək;
  • Hüquqi sənədlərin hazırlanmasını təmin etmək;
  • Hüquqi sənədlərin işlənib hazırlanmasında, məktub və sorğulara cavabın hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəy hazırlamaq;
  • Müqavilənin hazırlanması, rəsmiləşdirilməsi, analizinin aparılması aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq işlərin icrası; 
  • Müqavilənin hazırlanması, eləcə də bağlanması üçün zəruri olan görüş və danışıqlarda, eləcə də iclaslarda iştirak etmək;
  • Daşınmaz əmlakla bağlı proseslərdə hüquqi bazanın təmin edilməsi və sənədlərin hazırlanması;
  • Hüquqi məsələlərlə bağlı müəsisəni partnyor təşkilatlar, qurumlar və idarələr qarşısında təmsil etmək;
  • Proses və prosedurların hüquqi ekspertizası və hüquqi əsaslarının təmini;
  • Yeni qanunvercilik aktlarının və qanunverciliyə müvafiq dəyişikliklərin müəssisənin struktur bölmələrinin fəaliyyətində tətbiq olunmasında iştirak etmək. 
  • Əlaqədar qurumlarla işləmək.

Namizədə Tələblər:

  • Yaş həddi: 25-50
  • Cinsi: Kişi
  • Təhsili: Ali hüquq təhsilli
  • Kompüter biliyi: MS Office və vahid məhkəmə portalında işləmək bacarığı
  • Hüquqşünas ixtisası üzrə minimum iş stajı – 5 il

Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” qeyd edərək,
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily2
  • Weekly187
  • Monthly1806