Vəzifə öhdəlikləri:
- Şirkətin ehtiyacı olan obyektlərin, inzibati binaların və infrastrukturun tikintisi ilə bağlı bütün layihə və inşaat fəaliyyətlərini koordinasiya etmək
- Daxili bölmələrlə birgə icra olunan prosesləri (tender, qəbul, yoxlama, hesabatlandırma və s.) əlaqələndirmək
- Şirkətin əsas podratçı kimi həyata keçirdiyi tikinti layihələrini və podrat işlərini koordinasiya etmək
- Layihə və tikinti işləri üzrə ümumi strategiya, prinsip və prosedurların hazırlanmasını və icrasını təmin etmək
- Zonalaşdırma və baş planlarla bağlı prosesləri idarə etmək
- Layihə məqsədlərinin müəyyənləşdirilməsi və bütün mərhələlərdə icrasına nəzarət etmək
- Layihə üzrə təqdimatlar, sahə ziyarətləri və maraqlı tərəflərlə kommunikasiya proseslərini təşkil etmək
- Məsləhətçi və podratçı şirkətlərlə işlərin koordinasiyasını həyata keçirmək və ödəniş proseslərini izləmək
- Tender mərhələsində texniki dəstək göstərmək və müqavilə sonrası prosesləri idarə etmək
- Layihə planlaması (WBS), iş qrafikləri və mərhələlərin (milestone) hazırlanması və izlənməsini təmin etmək
- Layihə üzrə məlumat axını, RFI-lərin idarə olunması və qərarların paylaşılmasını koordinasiya etmək
- Layihə sənədlərinin və yazışmaların qeydiyyatını aparmaq, iclasları təşkil etmək və protokollarını hazırlamaq
- Risklərin idarə olunmasını və risk məsul şəxslərinin müəyyənləşdirilməsini təmin etmək
- Rəhbərlik üçün hesabatlar, təqdimatlar və aylıq fəaliyyət hesabatlarını hazırlamaq
- Tikinti işləri üzrə qəbul (acceptance) və nəzarət (superviziya) proseslərini idarə etmək
- Dövlət qurumları və bələdiyyələrlə əlaqələri koordinasiya etmək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək
Tələblər:
- Ali təhsil: İnşaat mühəndisliyi (və ya uyğun sahə)
- Minimum 3 il sahə təcrübəsi (tikinti icrası və komanda koordinasiyası)
- Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər üzrə güclü biliklər
- Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı
- Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı
- Sifarişçi ilə yazılı/şifahi kommunikasiya və sahədə problem həll etmə bacarığı
- 25-60 yaş arası bəy namizədlər
Əlavə məlumat
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
- İş rejimi: 6 günlük iş qrafiki ilə təyin olunur.
- İş yeri: Zığ qəsəbəsi.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "İnşaat mühəndisi" başlığı ilə göndərə bilərsiniz.