İş şəraiti
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
- İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
İşin Təsviri:
- Şirkətin marketinq strategiyasının və fəaliyyət planlarının hazırlanmasında iştirak etmək, təsdiq edilmiş planların icrasını təşkil və koordinasiya etmək;
- Broşür, kataloq, flayer, billboard və digər çap materiallarının dizayn və istehsal proseslərinin sifariş verilməsi və icrasına nəzarət;
- Reklam agentlikləri, çap evləri, media nümayəndələri və digər təchizatçılarla işgüzar işgüzar yazışmalar və tapşırıqların icrasının koordinasiyası;
- Təchizatçılardan kommersiya təkliflərini toplamaq, müqayisəli təhlil aparmaq, büdcə və xərc optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Açıq hava reklamlarının planlaşdırılması, reklam yerlərinin seçilməsi, sifarişi, istehsalı və quraşdırılması proseslərini koordinasiya etmək;
- Reklamların təsdiq edilmiş qrafikə, dizayn standartlarına və layihə tələblərinə uyğun yerləşdirilməsini təmin etmək;
- Marketinq komandası ilə birlikdə tədbirlərin, təqdimatların, sərgilərin və digər tanıtım fəaliyyətlərinin planlaşdırılmasında və təşkilində iştirak etmək;
- Daxili və xarici tədbirlər, eləcə də yeni layihələr üçün zəruri marketinq və reklam materiallarının hazırlanmasını koordinasiya etmək;
- Layihələr üzrə marketinq fəaliyyətlərinin vahid vizual üsluba və korporativ brend standartlarına uyğunluğunu təmin etmək;
- Rəqəmsal marketinq, sosial media və məzmun yaradılması fəaliyyətlərinin ümumi marketinq strategiyası ilə uzlaşdırılmasında iştirak etmək;
- Marketinq fəaliyyətlərinin nəticələrini, büdcə istifadəsini və kampaniyaların effektivliyini təhlil etmək, müvafiq hesabatlar və təkmilləşdirmə təklifləri hazırlamaq;
Namizədə Tələblər:
- Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq və ya reklam sahəsində minimum 3 il iş təcrübəsi;
- Marketinq strategiyasının planlaşdırılması, reklam kampaniyalarının təşkili və layihələrin idarə edilməsi üzrə praktiki təcrübə;
- Rəqəmsal marketinq alətləri (Google Ads, Meta Business, SEO və s.) haqqında biliklər;
- Sosial media idarəçiliyi və məzmun yaradılması sahəsində təcrübə;
- Kreativ düşüncə, güclü analitik bacarıq və təşəbbüskarlıq qabiliyyəti;
- Microsoft Office proqramlarında (xüsusilə Excel və PowerPoint) işləmə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür;
- Tikinti sahəsində marketinq üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq Mütəxəssisi” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.