İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi əsasən tənzimlənir
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur
- İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi)
İşin Təsviri:
- Ofis otaqlarının, dəhlizlərin, sanitar qovşaqların gündəlik təmizlənməsi;
- Pəncərə, qapı, mebellərin və s. avadanlıqların, əşyaların silinməsi;
- Tullantıların boşaldılması və xidməti ərazisinin təmiz saxlanılması;
- Gigiyena vasitələrinin vaxtında yenilənməsi;
- Mətbəxdə istifadə olunan avadanlıqların yuyulması və səliqəli şəkildə yerləşdirilməsi;
- Mətbəx avadanlıqlarının (çaydan, soyuducu, soba və s.) təmizlənməsi;
- Mətbəx masasının və döşəməsinin təmiz saxlanılması;
- Çay/Kofe dəstgahının təşkili və iclaslara xidmət edilməsi;
- Təmizlik zamanı təhlükəsizlik və sanitariya qaydalarına riayət edilməsi;
- Xidməti zərurət ilə əlaqədar digər təmizlik və səliqə-sahmanla bağlı tapşırıqların icra edilməsi.
Namizədə Tələblər:
- Cinsi: Qadın
- Tam orta təhsil arzuolunandır
- Məsuliyyətlilik və dürüstlük
- İşində səliqəlilik və dəqiqlik
- Fiziki davamlılıq və çeviklik
- Komandada işləmək və iş mühitinə uyğunlaşmaq
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Təmizlik personalı” qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.