İş şəraiti
- İş yeri: Bakı
- Əmək haqqı: 2000 – 2500 AZN (təcrübə və kompetensiyaya əsasən)
Distribusiya şəbəkəsi üzrə məhsul dövriyyəsinin fasiləsiz təmin olunması, stok dəqiqliyinin qorunması və anbar-logistika proseslərinin optimallaşdırılması.
Əsas vəzifə öhdəlikləri:
- Distribusiya anbarının gündəlik operativ idarə olunması
- Məhsulların qəbul, yerləşdirmə, yığma (picking) və yükləmə proseslərinə nəzarət
- SKU üzrə stok balansının izlənməsi və dövriyyə analizinin aparılması
- FEFO/FIFO prinsipinin tətbiqinə nəzarət
- Rut planlamaya uyğun vaxtında və düzgün yükləmənin təşkili
- Aylıq və rüblük inventarizasiyanın təşkili və fərqlərin minimallaşdırılması
- İtki, çatışmazlıq və artıq qalığın qarşısının alınması üçün sistemli nəzarət
- ERP / 1C sistemində əməliyyatların düzgün aparılmasına nəzarət
- Anbar heyətinin idarə olunması və performansının qiymətləndirilməsi
- Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi
Tələblər:
- Ali təhsil (Logistika, Təchizat zənciri və ya uyğun sahə üzrə üstünlükdür)
- Minimum 5 il anbar sahəsində təcrübə
- Ən azı 3 il rəhbər vəzifədə təcrübə (distribusiya sahəsində üstünlükdür)
- SKU və stok dövriyyə analizləri üzrə təcrübə
- ERP və ya 1C proqram bilikləri
- MS Excel (Pivot, hesabat və analiz bacarığı)
- Komanda idarəetmə və liderlik bacarığı
- Operativ qərarvermə və problem həll etmə bacarığı
Üstünlük hesab olunur:
- FMCG distribusiyasında iş təcrübəsi
- WMS sistemləri ilə işləmə təcrübəsi
- Anbar KPI-lərinin qurulması və izlənməsi təcrübəsi
CV-lər mövzu hissəsində “Anbar müdiri – Distribusiya”qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilə bilər.