Mazarina Trade Company MMC olaraq yeni iş imkanı "Mühasib" vakansiyamızı elan edirik✨
Əsas vəzifə və öhdəliklər:
- Elektron qaimə-fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması;
- Aylıq əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi, mükafat, avans və son haqq-hesab ödənişlərinin hesablanması;
- Vergi, DSMF ( Vahid bəyannamə) və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Əmək haqqı üzrə mühasibatlıq müxabirləşmələrinin verilməsi və bank köçürmələrinin/kartlarının idarə olunması;
- New-E-taxes.gov.az,E-gov.az sistemlərində əməliyyatları icra etmək;
- Mühasibatlıq əməliyyatlarının Logo Tiger proqram təminatı vasitəsilə qeydiyyata alınması;
- Şirkətlərarası debitor və kreditorlarla üzləşmələrin aparılması;
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirilməsi.
Vakansiya üzrə tələb olunan texniki və yumuşaq bacarıqlar:
- İşgüzar və məsuliyyətli olmalı ,problemləri həll etmə bacarığı;
- Ofis proqramlarından sərbəst şəkildə istifadə etmə bacarığı;
- Peşəkar Mühasib Sertifikatının və müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür;
- Dövlət portallarında və e-bank sistemində işləmə bacarığı və iş təcrübəsi.
İş şəraiti:
- 5 günlük iş həftəsi;
- İş saatları 09:00 – 18:00;
- Bazar rəqabətinə uyğun əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur