Tabeçiliyi: Anbar Rəhbəri / Logistika Meneceri
Struktur: Monitorinq və təftiş şöbəsinin müdirinə
Vəzifənin Məqsədi:
Məhsulların anbardan çıxış prosesinə, sənədlərə uyğun yüklənməsinə və daşınma üçün düzgün şəkildə yerləşdirilməsinə nəzarət etmək. Prosedur və qaydalara əsasən material və məhsul axınında dəqiqliyin və şəffaflığın təmin olunması.
Əsas vəzifə öhdəlikləri:
- Gecə növbəsi zamanı anbardan çıxan bütün məhsulların sənədlərə uyğunluğunu yoxlamaq və təsdiqləmək.
- Məhsulların avtomobillərə yüklənməsi prosesinə nəzarət etmək və düzgün sayda təhvil verilməsini təmin etmək.
- Malın çıxışı zamanı uyğun yükləmə ardıcıllığının və standartların tətbiqinə nəzarət etmək.
- Malların təhvil-təslim aktları və digər çıxış sənədləri əsasında yoxlamaları həyata keçirmək.
- Yüklənən məhsulların say və çeşid baxımından sənədlərlə tam uyğunluğunu təmin etmək.
- Yükləmə zamanı aşkarlanan uyğunsuzluq və ya kənarlaşmaları dərhal rəhbərliyə bildirmək.
- Şirkətin daxili prosedur və qaydalarına uyğun şəkildə hesabatların hazırlanmasında iştirak etmək.
- İş zamanı təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi şəkildə əməl etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Sayma, yoxlama və sənədlərlə iş üzrə dəqiqlik və diqqətlilik.
- Fiziki yükləmə və nəzarət işləri üçün sağlamlıq və dözümlülük.
- Komanda ilə işləmə bacarığı.
- Gecə növbəsində işləməyə uyğunluq və məsuliyyətli yanaşma.
Məsuliyyət və hesabatlılıq:
- Gecə növbəsində malların çıxışına dair hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Aşkarlanmış uyğunsuzluqlar barədə vaxtında məlumatlandırma.
- Say və sənəd uyğunluğu üzrə məsuliyyət daşıyır.
İş şəraiti:
- Əmək haqqı: 800 AZN
- İş saati 18.00-00.00
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına mövzu hissəsinə “Sayımçı nəzarətçi” qeyd edərək göndərə bilər.
Ünvan: Ziya Bünyadov pr., Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)
Yaxınlıqda yerləşən obyektlər: Rich Hotel, Caspian Bussines Hotel, EuroHome Tikinti materialları bazarı və CONNECT.